Ötən il ərzində Ukraynanın əhalisi 149,5 min nəfər azalıb. “Ria Novosti” xəbər verir ki, bu rəqəmi Ukraynanın 24TV kanalı efirində Dövlət Statistika xidmətinə istinadən səsləndiriblər.
Eləcə də qeyd olunur ki, 2015-ci ilin təkcə mart ayı ərzində ölkə əhalisinin sayı 22 min azalaraq, 1 aprel tarixi üçün 42 milyon 873 min 583 nəfər təşkil edib.
Qeyd edək ki, Ukraynanın daimi əhalisinin sayı 42 milyon 704 min insan təşkil edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.