İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub. Son oyun günündə bir qarşılaşma keçirilib. Çempionluğunu rəsmiləşdirən "Çelsi" səfərdə "Vest Bromviç"in qonağı olub.
Matçın 29-cu dəqiqəsində Fabreqasın meydandan qovulmasından sonra 10 nəfərlə qalan London təmsilçisi rəqibinə 0:3 hesabı ilə məğlub olub.
Oyunun nəticələrinə əsasən, "Vest Bromviç" xalını 44-ə yüksəltdiyi halda, londonlular 84 xalda qalıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.