banner
banner

Qadın

Qaralmış və kobud dirsəklər – İqnor etməyin

Qaralmış və kobud dirsəklər – İqnor etməyin

Dirsək dərisində dərialtı toxuma, yağ, piy olmadığından, su və qidalanmadan məhrumdur.

Eyni zamanda, o, böyük bir yük daşıyır, oynağı əyərkən və açarkən daim uzanır, dirsəklərimizi masaya söykəmək vərdişimizdən, kobud paltar parçalarından sürtünmədən zədələnir.

Dirsəklərin həddən artıq tündləşməsi, qaralması, kobudlaşması və qalınlaşması bəzi gizli xəstəliklərdən xəbər verə bilər.

“Kirli dirsək sindromu” tibbdə həkimlərə çox məlumat verir.

İnsulin dirənci, gizli şəkər,diabet. Dərinin piqmentasiyasını artırmaq üçün lazım olandan daha çox insulin hasil olursa, dərhal dirsəklərdə və boyun büküşündə qaralma artır.

Mikrofloranın balanssızlığı, qidanın həzm edilməsi və əsas qida maddələrinin, mineralların və vitaminlərin udulması ilə birlikdə gedən kolit, qastrit, duodenit, disbakterioz. Xüsusilə dərimizi hiperpiqmentasiya və quruluqdan qoruyan A, E, B, C, D, PP vitaminləri çatışmaması.

Hipotiroidizm. Tiroid funksiyasının azalması, dərhal metabolik proseslərə təsir edir, dəri üçün son dərəcə vacib olan A, E, B, C, D, PP vitaminlərinin çatışmazlığına səbəb olur, dirsəklərin onsuz da məhrum olan dərisi dərhal piqmentasiya ilə reaksiya verir.

Böyrəküstü vəzilərin disfunksiyası, onlar stress hormonu, kortizol sintez etməyə başlayanda qaralma artır.

Atopik dermatit, psoriaz, ekzema kimi dəri xəstəlikləri, bir qayda olaraq, dirsəklərimizin dərisində özünü göstərir.

Əlbəttə ki, dirsəklərdə kobud və qaralmış dəri mexaniki təsir, həddindən artıq günəş vannası qəbulu, su balansının pozulması, kifayət qədər qulluq edilməməsi, həddindən artıq xlorlu su və ya kosmetik vasitələrdən istifadənin nəticəsi ola bilər. \Medicina



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ən çox yalan danışan BÜRCLƏR

Astroloqlar müəyyən bürclərin faktları manipulyasiya etməyə və ya açıq söhbətlərdən yayınmağa digərlərindən daha çox meyilli olduqlarına inanırlar.

Bu aylarda doğulanlar ən anti-dramatik insanlar olur

Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.