banner
banner

Qadın

Pula pul deməyən, sərvətləri ilə göz qamaşdıran AZƏRBAYCANLI QADINLAR

Pula pul deməyən, sərvətləri ilə göz qamaşdıran

Azərbaycanın ən varlı qadınları arasında tanınmış biznesmenlər, bank sahibləri və digər sahələrdə uğurlar qazanan şəxslər yer alır. Onlar öz sərvətləri ilə ölkə iqtisadiyyatına mühüm təsir göstərən və nümunəvi iş qadınları kimi tanınırlar.

Cia.Az bildirir ki, Yenisabah.az onları araşdırıb:

Zərifə Həmzəyeva – "Premium Bank" ASC-nin əsas səhmdarıdır və bankın səhmlərinin 84,5%-nə sahibdir. Həmçinin "Gazelli Group" MMC-nin təsisçisidir. Zərifə Həmzəyeva, 130,6 milyon manatlıq sərvəti ilə Azərbaycanın ən varlı qadınları siyahısında yer alır.

Nigar Mehdiyeva – "Bank BTB" ASC-nin əsas səhmdarıdır və bankdakı payı 74,9%-dir. Bu, 49,8 milyon manatlıq sərvətə bərabərdir.

Yeganə Şirinova – "Günay Bank" və "Günay Sığorta" şirkətlərində pay sahibidir. Ümumi sərvəti 31,2 milyon manatdır.

Validə Abbasova – "Rabitəbank" ASC-də 30%-lik paya sahibdir və bu, 30,4 milyon manatlıq sərvət deməkdir.

Vəfa Vəliyeva – "Muğanbank"da 11,5 milyon manatlıq paya sahibdir.

Fəridə Mehdiyeva – "Muğanbank"da 10,8 milyon manatlıq paya sahibdir.

Dilarə Nuruyeva – "Rabitəbank"da 9,2 milyon manatlıq paya sahibdir.

Cəmilə və Məlahət Əsgərovalar – Hər biri "İpək Yolu" sığorta şirkətində 38,7% paya sahibdir və hər biri 5,7 milyon manatlıq sərvətə malikdir.

Nəzakət İsmayılova – "Meqa Sığorta" şirkətində 4,4 milyon manatlıq paya sahibdir.

Bu qadınlar yalnız sərvətləri ilə deyil, həm də Azərbaycanda biznes dünyasında yaratdıqları təsir və uğurlarına görə geniş tanınırlar. Onların əldə etdiyi nailiyyətlər, ölkədə qadın sahibkarlığının inkişafına mühüm töhfə verir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Ən çox yalan danışan BÜRCLƏR

Astroloqlar müəyyən bürclərin faktları manipulyasiya etməyə və ya açıq söhbətlərdən yayınmağa digərlərindən daha çox meyilli olduqlarına inanırlar.

Bu aylarda doğulanlar ən anti-dramatik insanlar olur

Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.

Qulaq çöpündən istifadə edənlərə xəbərdarlıq

Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.