Çexiyada 2014/2015 futbol mövsümünün qalibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, "Viktoriya" klubu tarixində 3-cü dəfə çempionatın qızıl medallarına yiyələnib.
28-ci turda evdə "Yihlava"nı 2:0 hesabı ilə məğlub edən Plzen təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisi "Sparta" (Praqa) ilə 6 xallıq fərqi qoruyub. Şəxsi oyunlarda "Sparta"nı üstələyən "Viktoriya" sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, "Viktoriya" 2010/2011 və 2012/2013 mövsümlərində ölkə çempionluğunu qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.