banner
banner

İdman

"Real" birinci səbətdə olmayacaq

"Real" birinci səbətdə olmayacaq

Yeni mövsümdən Çempionlar Liqasının püşkatmalarında köklü dəyişikliklər olacaq.

Reqlamentə əsasən, “Real” (Madrid), "Atletiko" (Madrid) “Arsenal”, “Mançester Yunayted”, “Portu” kimi klublar çempion ola bilmədikləri üçün 1-ci səbətdə yer almayacaqlar.
Yeni qaydalara görə, növbəti mövsümdən I səbətdə yer alacaq 8 komandadan 7-si UEFA-nın reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları olacaq. Həmin səbətə qitənin ən mötəbər turnirinin son qalibi də əlavə ediləcək.

Bu mövsüm ÇL-də finala yüksələn "Barselona" və "Yuventus" ölkələrində çempion olduqları üçün Hollandiya liqasının qalibi  PSV püşkatma birinci səbətdə yer alacaq.
Bu isə o deməkdir ki, UEFA sıralamasında ilk 8 yeri tutan ölkələrin çempionları – “Barselona”, “Bavariya”, “Çelsi”, “Yuventus”, PSJ, “Benfika”, “Zenit” və PSV növbəti püşkatma zamanı birinci səbətdə olacaqlar.

Qeyd edək ki, daha öncə püşk zamanı yüksək reytinqə malik komandalar birinci səbətdə qərarlaşırdılar.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.