banner
banner

Şou

Elza Rozaya uduzdu - Bu sözlər təhqir deyilmiş...

Elza Rozaya uduzdu - Bu sözlər təhqir deyilmiş...

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli bu dəfə səhnədə deyil, məhkəmədə üz-üzə gəliblər. Bu işdə onlardan biri xüsusi ittihamçı, digəri isə təqsirləndirilən şəxs kimi çıxış edib.

Cia.az xəbər verir ki, E.Seyidcahan R.Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Müğənni şikayət ərizəsində yazıb ki, Roza ona qarşı nalayiq ifadələr işlədərək təhqir edib. Yutub platformasında səsləndirilən təhqiredici fikirlər isə konkret olaraq “Bağışla Elza, bağışla məni, şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə pulsuzsan da, pulla oynayan meymunlar lazımdır. Elza şeirində deyir ki, ağzını aç, tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır.

Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır? Bu dəlinin qabağını almırlar, o şeirləri hansı şeriyyata soxa bilərsən. İfaçı kimi zay....” sözlərindən ibarətdir.

Deputatlığa namizəd olmuş Seyidcahan “təlxək”, “dəli”, “zay” sözləri ilə şəxsiyyətinin nalayiq formada alçaldığını, bu səbəbdən həmkarının 6 aylıq həbslə cəzalandırılmasını xahiş edib.

 

Təqsirləndirilən şəxs qismində cəlb edilmiş R.Zərgərli isə ittihamı qəbul etməyib. Müğənni deyib ki, onun işlətdiyi sözlər təhqir deyil, tənqid kimi qəbul edilməlidir: “Şair kimi bal, ifaçı kimi zay olduğunu demişəm. Bunu bildirməklə onu həm tərifləmişəm, həm də tənqid etmişəm. Üstəlik, həmin verilişdə onu mükəmməl bəstəkar kimi təqdim etmişəm”.

Məhkəmə istintaqı müddətində xüsusi ittihamçıya qarşı səslənən fikirlərin təhqir olub-olmadığını dəqiqləşdirmək üçün ekspetiza keçirilib.

Amma ekspert rəyi səslənən fikirlərdə cinayət tərkibi yaradan hallar olduğunu təsdiqləməyib. Rəydə yazılır ki, təqsirləndirilən şəxsin müxtəlif mövzulara dair fikir bildirərkən qurduğu cümlələrdə işlətdiyi “təlxək”, “meymun”, “dəli” kimi sözlər daşıdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Amma həmin sözlər ədəbi dil hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün nalayiq məzmunlu hesab edilmir.

Yasamal Rayon Məhkəməsində keçirilən yekun iclasda hökm açıqlanıb. Hakim Rəşad Cavadzadə ekspert rəyini bu iş üzrə mötəbər sübut kimi qəbul edərək Roza Zərgərliyə bəraət verib. Ona qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək etmək hüququ olduğu da izah edilib.

Qafqazinfo.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".