banner
banner

Sağlamlıq

Əriyin faydaları

Əriyin faydaları

Bu sehrli meyvənin tərkibində üzvi turşular, efir yağları və mineral duzlarla bərabər, pektin və aşı maddələri, şəkər, kalsium, kalium və dəmir də vardır.

Tərkibindəki maqnezium sayəsində orqanizm stressə qarşı çıxır. A vitamini dəri xəstəliyini önləyir, bədəndən toksinlərin atılmasına kömək edir. Həzm prosesini yaxşılaşdıran, susuzluğun qarşısını alan, görmə qabiliyyətini normada saxlayan, yaddaşı gücləndirən, bağırsaqları yumşaldan və dərini gözəlləşdirən ərik, süfrələrimizin ləzzətli  təamlarından biridir. Ərik qalxanvarı vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsini tənzimləyir, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Ana olmağa hazırlaşan və anemiyadan əziyyət çəkən xanımlar mütəmadi olaraq ərik yeməlidirlər. Xalq təbabətində ərikdən sinə yumşaldıcı, bəlğəmgətirici və qurdqovucu vasitə kimi istifadə olunur. Qaynadılmış ərik yarpaqlarından mədə-bağırsaq xəstəliyində və revmatizmdə istifadə edilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.