banner
banner

İdman

​"Neftçi" və "İnter" meydana qara sarğıda çıxacaq

​"Neftçi" və "İnter" meydana qara sarğıda çıxacaq

11 yaşadək futbolçular arasında Azərbaycan çempionatının final matçında Bakının Binəqədi rayonundakı yanğın hadisəsi qurbanlarının xatirəsi yad ediləcək.

Bu barədə  AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat yayıb.

Onun sözlərinə görə, "Bayıl Arena"da bu gün U-11 Liqasında "Neftçi" və "İnter" komandaları arasında keçiriləcək həlledici qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunacaq.

Komandalar meydana qara sarğıda çıxacaqlar.

Qeyd edək ki, Binəqədi rayonunda hündürmərtəbəli binanın yanması nəticəsində 15 nəfər ölüb, 54 nəfər yaralanıb. Dünyasını dəyişənlərdən 3-ü - Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və onun övladları Eyvazov Davud Hamur oğlu (16 yaş) və Eyvazova Ülkər Hamur qızı (21 yaş) Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarıdır. Digər tərəfdən, ötən gün Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Əhməd Ələsgərov 79 yaşında dünyasını dəyişib.  

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.