banner
banner

Cəmİyyət

Buzovnada insanlara satılan dönər at ətindən imiş: "FQ Foodex" MMC İFŞA EDİLDİ

Buzovnada insanlara satılan dönər at ətindən imiş: "FQ Foodex" MMC İFŞA EDİLDİ

Buzovna qəsəbəsində fəaliyyət göstərən dönər və toyuq əti emalı müəssisəsində nöqsanlar aşkarlanıb. 

Bildirilib ki, "FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı müəyyənləşib. 

Bununla yanaşı, mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələrinin aşkarlandığı qeyd olunub.

Yoxlama zamanı "AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən edilib.

7news.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (“Azərsu”) yay-qış demədən Bakı sakinlərini su ilə sınağa çəkməkdə davam edir. Məsələn, Xətai rayonu ərazisində dünən günorta saatlarından etibarən yenə su kəsilib. Bunun səbəbi haqda əvvəlcədən istehlakçılara məlumat verilməməsi bir yana, suyun nə vaxt veriləcəyi də bəlli deyil. Çünki Agentliyin 955 Çağrı Mərkəzinə düşmək mümkün deyil.

Siyəzən sakinləri icra başçısının fəaliyyətindən narazıdır... - ŞİKAYƏT

Siyəzən rayon, Şamil Baxşıyev küçəsinin bir qrup sakini tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qəzetimiz vasitəsilə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, İnsan Hüquları üzrə müvəkkil Səbinə Əliyevaya, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıblar: