banner
banner

Cəmİyyət

Siyəzən sakinləri icra başçısının fəaliyyətindən narazıdır... - ŞİKAYƏT

Siyəzən sakinləri icra başçısının fəaliyyətindən narazıdır... - ŞİKAYƏT

Siyəzən rayon, Şamil Baxşıyev küçəsinin bir qrup sakini tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qəzetimiz vasitəsilə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, İnsan Hüquları üzrə müvəkkil Səbinə Əliyevaya, Baş nazir Əli Əsədova, Baş prokuror  Kamran Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıblar:

"Cənab Prezidnet!

Hörmətli xanımlar və cənablar!

Biz, Siyəzən rayonu, Şamil Baxşıyev küçəsinin sakinləri olaraq, artıq təngə gəlmişik. Hara, kimə şikayət edəcəyimizi bilmirik. Açıq şəkildə şikayətimizə baxılmır...

Azərbaycan Respublikası Konstitusiyasnın 57-ci maddəsinin 1 və 2-ci bəndlərini rəhbər tutaraq, Sizlərə şikayətimizi media vasitəsilə bildiririk. Şikayətimizin məzmunu əsasan 3 hissədən ibarətdir və sözügedən problemlər bir vətəndaş və rayon sakini kimi, bizim üçün mülki təhlükəsizlik və sanitar epitemoloji baxımdan mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, biz öz problemlərimiz barədə iki dəfə Siyəzən Rayon İcra Hakimiyyətinə kollektiv şəkildə müraciət ünvanlamışıq. Lakin məsələ ilə bağlı heç bir tədbir görülməmişdir. Yəni vətəndaşların problemləri ya bilərəkdən, ya da məsuliyyətsizlikdən gözardı edilməkdədir.

İlk növbədə məlumat üçün Sizə bildiririk ki, bir neçə ay bundan qabaq güclü yağış yağması ilə əlaqədar olaraq, Siyəzən rayonunda çox ciddi fəsadlar, dağıntılar meydana gəlmişdir. Bəzi küçə və məhəllələr fərqli şəkillərdə zərər görmüş və vətəndaşların mülkiyyətinə ziyan dəymişdir. Bu təbii fəlakət bizim yaşadığımız Şamil Baxşıyev küçəsindən də yan keçməmişdir. Belə ki, yağan güclü yağış zamanı bizim küçədə yerləşən evlər suyun altında qalmış və əmlaklarımız mülki baxımdan zərərlə üzləşmişdir.

Fəlakətdən sonra Siyəzən Rayon İcra Hakimiyyəti rəhbərliyi bizim küçəyə baxış keçirdi və baş verən fəsadların aradan qaldırlması və gələcəkdə baş verə biləcək fəsəadlara qarşı tədbir görüləcəyi barədə bizi əmin etsələr də, məsələ ilə bağlı heç bir təbir görülmədi. Qeyd edək ki, sel sularına qarşı bizim yaşadığımız ərazidə ən azı iki ədəd minlik "patron turba" basdırılmaldır ki, gələcəkdə güclü yağış zamanı əvvəlki kimi yağış suları sakinlərin mülkünə zərər vurmasın, həyətyanı sahələr su altında qalmasın. Bu, çox mühüm məsələdir, bu məsələyə laqeyd yanaşmaq vətəndaşların mülkiyyətinə bilərəkdən ziyan vurmağa şərait və zəmin yaratmaqdır.

Cənab Prezidnet!Hörmətli xanımlar və cənablar!

Bundan əlavə, ərazidə məişət tullantılarının boşaldılması üçün zibil qutusu konteyneri yoxdur. Sakinlər tullantıları boşaltmaq üçün öz şəxsi maşınlarından isitfadə edirlər. Qalan sakinlər də tullantıları çox uzaq məsafələrə boşaltmış olur. Əraziyə zibil konteyneri təyin edilməsi şərtdir. Çünkü ərazidə pərakəndə boşaldılmış məişət tullantıları antisanitar vəziyyət yaradır, bu da biz sakinlərin sağlamlığı üçün təhlükə yaradır.

Xatırladaq ki,  Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 1-ci bəndinə əsasən, “Hər kəsin sağlam ətraf mühütdə yaşamaq hüququ vardır”. Bunun təşkil edilməsi və nəzarəti Siyəzən Rayon İcra Hakimiyyətinin üzərinə düşür. Biz, bir vətəndaş kimi, tullnatılar üçün boşuna ödəniş edirik, çünki zibilin boşaldılması və daşınması üçün heç bir tədbir görülmür.

 Onu da qeyd edək ki, bizim küçəyə asfalt örtüyü döşənməsi gərəkir. Yerləşdiyimiz ərazinin hər tərəfinə asfalt döşəndiyi halda, bizi sanki təcrid etmişlər kimi, 300 mtr məsafəyə asfalt örtüyü döşənməmişdir. Bunun adını nə qoymaq olar, biz deməyə söz tapa bilmirik. İş icra edildiyi zaman tam şəkildə icra edilməlidir. Buna da yenə Siyəzən Rayon İcra Hakimiyyəti nəzarət edir. Bu, açıq şəkildə qanuna ziddir və vətəndaşlara qarşı hörmətsizlik hesab olunur.

Yerli İcra Hakimiyyəti Haqqında Əsasnamənin 3.7.2-ci bəndinə əsasən, Yerli İcra Hakimiyyəti orqanı müvafiq ərazidə sanitar-epidemioloji şəraitin yaxşılaşdırılmasının təmin edilməsində iştirak edir. Həmin qanunun 3.7.3-ci bəndinə əsasən, Yerli İcra Hakimiyyəti orqanı məişət tullantılarının yığılması daşınması zərərsizləşdirilməsi üçün tədbir görülür. Həmin qanunun 3.9.10-cu bəndinə əsasən, Yerli İcra Hakimiyyəti orqanı yaşayış məntəqələri ərazilərinin abadlaşdırlmasını təşkil edir. 4.9.14-cü bəndinə əsasən, Yerli İcra Hakmiyyəti orqanı  yaşayış məntəqələrində məhəllə ərazilərinin abadlaşdırılması üçün ünvanlı abadlaşdırma proqramlarını və müvafiq ərazilərin kompleks abadlaşdırılması proqramlarını hazırlayır və həyata keçirir. Həmin qanunun 4.9.17-ci bəndinə əsasən, Yerli İcra Hakimiyyəti oqanı  müvafiq ərazidə məişət tullantılarının yığılması üçün konteyner meydançalarının yerləşdirilməsi və yenidən qurulması üzrə ünvanlı proqramları təsdiq etmək və həmin proqramların icrasına nəzarəti həyata keçirir.Sonda qeyd etmək istəyirik ki, Yerli İcra Hakimiyyəti Haqqında Əsasnamənin 5.1.8-ci bəndinə əsasən,  “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək hüququ və vəzifəsi olsa da, bu vəzifə icra edilməmişdir, etdiyimiz yazılı müraciətlərə baxılmamış və heç bir tədbir görülməmişdir.

Bütün qeyd olunanlara əsasən, Sizdən xahiş edirik ki, problemlərimizin həlli üçün, başda Siyəzən Rayon İcra Hakimiyyəti olmaqla, lazımı orqanlara ciddi göstəriş verəsiniz".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adı qeyd olunan qurumun mövqeyini dərc etməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.