banner
banner

Cəmİyyət

“Sərvət İnşaat”ın 1.5 milyon manat vergi borcu üzə çıxdı - Sahibi görün kim imiş

“Sərvət İnşaat”ın 1.5 milyon manat vergi borcu üzə çıxdı - Sahibi görün kim imiş

“SƏRVƏT İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında ciddi vergi öhdəlikləri yaranıb.

Cia.az-ın məlumatına görə, şirkətin ümumi vergi borcu 1 milyon 537 min 485,72 manat təşkil edir.

Əldə etdiyimiz digər məlyumata örə, Dövlət Vergi Xidməti (DVX) əməkdaşlarının aparılan səyyar vergi yoxlamaları nəticəsində “Sərvət İnşaat”a əlavə olaraq 930936,67 manat vergi, üstəlik 561 350,78 manat maliyyə sanksiyası tətbiq olunub.

2014-cü ildə dövlət qeydiyyatına alınan və cəmi 50 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Servet Alpagudur. “Sərvət İnşaat”ın hüquqi ünvanı Naxçıvan şəhəri, İstiqlal küçəsi 75, mənzil 10-da yerləşir.

Araşdırmalar zamanı məlum olub ki, Servet Alpagu yalnız tikinti şirkəti ilə kifayətlənməyib. O, həmçinin "Marsol Qrup"un partnyorlarından olan “Ziebart Azerbaijan” MMC, eləcə də “Ziebart Plus” MMC, “Ziebart Exclusive” MMC və “Ziebart Baku Premium” MMC-nin də rəhbəridir.

Maraqlıdır ki, bu şirkətlərin bir qismi eyni ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 9A-da qeydiyyatdan keçib. Həmin ünvan üzrə fəaliyyət göstərən “Ziebart Baku Premium” MMC-nin qanuni təmsilçisi isə başqa bir şəxs – Gökhan Koşar göstərilib.

Türkiyəli iş adamı Servet Alpagu 15 ildir Azərbaycanda yaşayır. O, ilk olaraq İzmirdən Naxçıvana köçərək burada 10 il biznes fəaliyyəti ilə məşğul olub. Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovla yaxın münasibətləri ilə tanınır. Hətta özü də Türkiyə mediasına verdiyi bir müsahibəsində belə deyib: “Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbovun gətirdiyi yeni idarəçilik anlayışı yalnız ictimai həyata deyil, həm də ticarətə müsbət təsir göstərmişdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.