54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
54 milyon manat yeyinti ittihamı ilə bugünlərdə 14 il azadlıqdan məhrum edilən “SOCAR-AQŞ” MMC-nin keçmiş baş direktoru Ramin İsayevlə bağlı cinayət işində adı keçən şəxslərin bir çoxu onun yaxınlarıdır.
Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, bu sırada Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini olmuş Rafiq İsayev, bacısı övladlarından “SOCAR-AQŞ” MMC-də Logistika şöbəsinə rəhbərlik etmiş Anar İsmayılov, Satınalmalar şöbəsinin keçmiş müdiri Ramil Nəbiyev, onun qardaşı Cəbrayıl Nəbiyev və başqa qohumların adları var.
Ramin İsayev 14 il azadlıqdan məhrum edilməklə yanaşı, onun yaxınlarının adına, dəyəri milyonlarla olan xeyli daşınmaz əmlak və nağd pul da müsadirə edildi.
Gununsesi.info-nin əldə etdiyi məlumata görə, 2024-cü ilin yayında Ramin İsayev tutulandan sonra onun yaxınlarının yaşadığı evlərdə də axtarış aparılıb və təkcə elə bacısı oğlu Cəbrayıl Nəbiyevin mənzilindən 5 milyon 780 min dollar və 200 mindən çox manat tapılıb. Bundan başqa, daha 2 milyon 500 min dollar və 217 min manat pulu könüllü şəkildə istintaqa təqdim edib.
Ümumiyyətlə, Ramin İsayevin işi üzrə müsadirə olunan əmlak və pulun böyük bir hissəsi rəsmi şəkildə Cəbrayıl Nəbiyevə məxsusdur.
Cəbrayıl Nəbiyev məhkəmədə dindirilərkən evindən tapılan pulların dayısına məxsusluğunu inkar edib. O, iddia edib ki, son vaxtlara qədər heç dayısı ilə isti münasibətləri yox idi, tez-tez görüşmürdülər. Lakin məhkəmə onun dediklərini inandırıcı qəbul etməyib.
2009-2020-ci illərdə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsində çalışmış Ramin İsayev 2023-cü ilin iyulunda həbs olunub.
"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Musavat.com-a verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.
Xəbər verdiyimiz kimi, Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.
Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.