Alzas bölgəsinin paytaxtı Strasburq şəhərindəki müsəlman məscidi terrora məruz qalıb.
Noyabrın 10-da gecə, naməlum şəxs məscidi yandırıb. Alov qısa vaxtda məscidin giriş qapısını, binanın fasadını və əlavə iki qapısını bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasına imkan verməyiblər.
Məscidin imamı terror aktının son vaxtlar ölkədə etnik qruplara qarşı yayılmaqda olan antisemitizm və rasizm meylləri ilə əlaqələndirib.
Polis rəsmisi xalqlar arasında nifaq salmağa yönəldilən bu hadisəni pisləyib və video görüntüsü alınan cinayətkarın tezliklə tapılaraq məhkəmə qarşısında dayanacağını vəd edib.//AzərTAc
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.