Nazirliyin plastik cərrahlar siyahısında olmayan Dilqəm Məhərrəmov imtahan verdi – Foto
Azərbaycan Tibb Universitetində (ATU) əcnəbi vətəndaşlar üçün rezidentura pilləsinə qəbul imtahanı təşkil olunub.
Müxtəlif ixtisaslar üzrə ümumilikdə 41 namizəd sənəd təqdim edib. Onlar əvvəlcə Azərbaycan dili biliklərini yoxlamaq üçün test imtahanında iştirak ediblər, daha sonra isə professor-müəllim heyətinin iştirakı ilə müsahibədən keçiblər.
Cia.az xəbər verir ki, imtahan iştirakçıları arasında tanınmış həkim Dilqəm Məhərrəmov da olub. O, imtahana Gürcüstan vətəndaşı kimi qatılıb.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısında Məhərrəmovun adı yer almayıb.
Həkim mövzu ilə bağlı mətbuata açıqlamasında qərarı gözlənilməz adlandırmışdı:
“Mən gözümü açandan plastik cərrahiyyə ilə məşğulam. Dünya Plastik Cərrahiyyə Cəmiyyətinin tanıdığı cərraham. Siyahıda adımın olmaması məni təəccübləndirdi. Sonradan bizə dedilər ki, bu, ilkin siyahıdır və araşdırmalar davam edir. Yəni siyahı yenilənəcək”.
Lakin sonrakı dövrdə də onun adı həmin siyahıya əlavə edilməyib.
Qeyd edək ki, Dilqəm Məhərrəmov 2002–2003-cü illərdə ATU-da cərrahiyyə üzrə internaturanı, 2004–2007-ci illərdə isə akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində aspiranturanı bitirib. Daha sonra 5 illik doktorantura təhsili alıb, paralel olaraq isə Alma-Atı şəhərində yerləşən Sızqanov adına Milli Elmi Cərrahiyyə Mərkəzinin Plastik, Estetik və Rekonstruktiv Cərrahiyyə şöbəsində təhsilini davam etdirib.
Azərbaycanda tanınmış tibb xadimi, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əməkdar həkim Cəbrayıl Əlinağıyev vəfat edib.
Ölkə ərazisində qanunsuz estetik əməliyyat edərək rezonans yaradan saxta həkimlər əhalidə ciddi narahatlıq yaradıb. Artıq insanlar kimə güvənəcəyini bilmirlər.
Universitetlərdə tədris edilən bəzi ixtisasların dırnaqarası kursları yaradılaraq insanları öyrədirlər. Həmin kursları bitirəndən sonra isə diplom və sertifikatlar verilir.d p
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm mandatı və Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirilib.
12 iyul tarixində müğənni Aysun İsmayılova rəsmi İnstagram hesabında əməliyyat etdirməsi ilə bağlı video paylaşmışdı. Əməliyyatı isə, plastik-estetik cərrah Dilqəm Məhərrəmov icra edib. Müğənni əməliyyatdan sonrakı görüntüləri də paylaşaraq, növbəti əməliyyatı da Dilqəm Məhərrəmova həvalə edəcəyini söyləyib.
“Məlhəm Beynəlxalq Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbirləri nəticəsində qanunla müəyyən olunmuş nağdsız hesablaşma tələblərinə əməl olunmaması faktı müəyyən edilib.
Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etməyə görə cəzalar dəyişir.