banner
banner

İqtİsadİyyat

Vətəndaşlar bank kartlarından imtina edir? – SƏBƏB

Vətəndaşlar bank kartlarından imtina edir? – SƏBƏB

“Mən belə hesab edirəm ki, komissiyasız mədaxil limitlərinin azaldılması vətəndaşlar arasında kartlı ödənişlərlə bağlı vərdişi azaltmayacaq. Əlbəttə, ola bilər ki, bəzi vətəndaşlar yenidən nağd ödənişə qayıtsın, amma əksəriyyət bunu etməyəcək. Çünki artıq öyrəşiblər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, illərdir ölkədə tətbiq olunan güzəştlər, komissiyanın az olması ona görə idi ki, vətəndaşları kartlara öyrəşdirilsin:

“Hər bir halda kartla edilən onlayn ödənişlər tez, rahat və təhlükəsizdir. Bu baxımdan, aydındır ki, illərdir ölkədə tətbiq olunan güzəştlər, komissiyanın az olması ona görə idi ki, vətəndaşları kartlara öyrəşdirsinlər. Eyni zamanda bunu ƏDV-nin müəyyən hissəsinin qaytarılması yolu ilə dövlət də edir. Yeri gəlmişkən, bu layihə hələ də davam etməkdədir”.

Hüquqşünas qeyd edib ki, bank xidmətlərinin pullu olması olduqca təbii haldır:

“Ümumiyyətlə bank hər hansısa xidməti göstərirsə, bu xidmət pullu olmalıdır. Bank buna vaxt, inzibati və texniki resurs sərf edir. Deməli bu pulsuz ola bilməz. Sadəcə sual olunur ki, niyə indiyə kimi bu xidmətlər pulsuz idi? Ona görə ki, banklar gəlirinin daha çox hissəsini kreditdən götürür. Daha dəqiq desək, pul köçürmələri və kart əməliyyatlarından gəliri az götürüb, kredit ödənişi olanlara yüklənirdilər. 

Biz kredit faizlərini 10-15 il əvvəllə müqayisə etsək, faizlərin endiyini görərik. Azərbaycanda 10 il öncə kredit faizləri 36-40 faizlərə qalxırdı. Ona görə də, indi bankların yanaşması daha düzgündür. Xarici ölkələrdə də komissiyalar çox yüksəkdir. Misal üçün, sizə avro lazımdır əlinizdə isə dollar var. Sizə sərf edəcək ki, onu Azərbaycanda dəyişəsiniz, nəinki Avropanın istənilən ölkəsində. Bu baxımdan, bankların komissiyasız limitləri azaltması başadüşüləndir”.

Qeyd edək ki, yerli banklar arasında son olaraq, "Yelo Bank" komissiyasız mədaxil limitlərini azaldacağını elan edib. Daha öncə isə “Kapitalbank” və Azərbaycan Beynəlxalq Bankı da analoji addımı atıb. Vətəndaşların bir çoxu isə, artıq ödəniş və pul transferlərində kartlardan istifadənin əlverişsiz olduğunu düşünür.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.