banner
banner

Şou

Rəqsanə ilə bağlı cinayət işinə xitam verilə bilər

Rəqsanə ilə bağlı cinayət işinə xitam verilə bilər

"Zərərçəkən tərəfə borc məbləğimiz qalıbsa, bunu ödəyəcəyik".

Cia.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev müdafiə etdiyi tərəfin ev dustaqlığına buraxılmasını şərh edərkən deyib.

Vəkil "Zərərçəkən tərəf iddia edir ki, Rəqsanə xanım ev dustaqlığına buraxılması üçün vəkili vasitəsilə onlarla əlaqə saxlayıb. Bu doğrudur?" sualına belə cavab verib:

"Açığı, bununla bağlı məlumatım yoxdur. Sadəcə zərərçəkənlərlə razılıq əldə olundu. Aramızda hər hansı problem qalmayıb. Qarşı tərəfə borc məbləğimiz qalıbsa, bunu ödəyəcəyik. Lakin hazırkı məqamda müdafiə etdiyim tərəfin cinayət işinin maraqları naminə ödənilən məbləğin miqdarını açıqlaya bilməyəcəyəm. Onu qeyd edə bilərəm ki, Rəqsanə xanımın ev dustaqlığı həbsinin qalan hissəsini əhatə edəcək".

Vəkil əlavə edib ki, zərər tam ödənildikdən sonra Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər.

"O, ev dustaqlığı dövründə müğənniyə hər hansısa məhdudiyyət tətbiq olunub?" sualına isə cavab vermək istəmədiyini bildirib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".