banner
banner

İqtİsadİyyat

22 min manata idi, 25 minə satılır - Bazarda vəziyyət kökündən dəyişir

22 min manata idi, 25 minə satılır - Bazarda vəziyyət kökündən dəyişir

Gələn ildən Azərbaycanın avtomobil bazarında vergilərin və aksizin tətbiqi ilə bağlı yeniliklər gözlənilir. Məlum olduğu kimi, hazırda qüvvədə olan qaydalara görə, hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. Bu imtiyazlar hibrid və elektrikli avtomobillərin bazarda daha münasib qiymətlərlə satılmasına imkan verir.

Cia.az "Kaspi" qəzetində dərc olunan məqaləni təqdim edir:

Yeni ildən etibarən bu güzəştlər qüvvədən düşəcək və hibrid də, elektriklə işləyən avtomobillər də digər nəqliyyat vasitələri ilə eyni vergi rejiminə daxil ediləcək. Bununla yanaşı, idxal zamanı həm gömrük rüsumu, həm də ƏDV tətbiqi bərpa olunacaq. Güzəştlərin ləğvi artıq geniş müzakirələrə yol açıb. İndi hamını düşündürən əsas sual budur ki, güzəştlər ləğv edildikdən sonra avtomobil bazarında vəziyyət necə dəyişəcək? İnsanlar yenidən ikinci əl avtomobillərəmi yönələcəklər?

"22 min manata olan maşınları artıq 25 minə satırlar"

Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, bu dəyişikliklərdən sonra gələn ildən avtomobillərin qiymətlərində artım olduğu göz qabağındadır: "Hibrid avtomobillərlə bağlı hələ qərar təsdiqlənməmiş qiymətləri qaldırdılar. Hazırda əvvəlki qiymətlərlə müqayisədə avtomobillərin 2-3 min manat civarında bahalaşdığı hiss olunur. Avtomobil ticarətçiləri bu xəbərlər çıxana kimi ölkəyə 22 min manata gətirdikləri maşınları artıq 25 minə satırlar. Hətta qiymət artımı ikinci əl avtomobil bazarında da özünü göstərməkdədir. İşlənmiş avtomobillərin də qiyməti 1000-2000 manat civarında qalxıb. Elektrikli avtomobillərdə vəziyyət hələ ki əvvəlki kimi qalsa da, onların da bahalaşması qaçılmazdır. Nəzərə alaq ki, hələ 2026-cı il deyil və qiymətlər qalxıbsa, bu o deməkdir ki, gələcəyə doğru qiymətlər daha da artacaq. 2026-cı ildən sonra isə qiymətlərin kəskin bahalaşması gözlənilir".

A.Nəbiyevin fikrincə, indidən ikinci əl avtomobil bazarına meyillənmə mövcuddur: "İnsanların Çin maşınlarına bu qədər həvəs göstərməsinin səbəbi onların nisbətən ucuz olması idi. 30 min manata işlənmiş mexaniki avtomobili alırdısa, həmin qiymətə daha komfort Çin maşını sifariş etmək mümkün idi. Artıq bu avtomobillərin bazarı da formalaşdı. İkinci əl maşınlar da bazara çıxır. Hətta alıcıları da var. Düşünürəm ki, dəyişikliklərdən sonra ikinci əl bazarına tələbat daha da artacaq. Bir neçə aydan sonra qiymətlərdə xeyli fərq olacaq. Hətta yeni avtomobillərlə ikinci əl avtomobillərin satışı bir müddət bərabər səviyyədə olacaq".

Durğunluq da aradan qalxacaq

Ekspert düşünür ki, qiymət artımından sonra ənənəvi avtomobillərin bazarı canlanacaq: "Hibrid avtomobillərin qiymətində yüksəlmə baş verdikdən sonra ənənəvi avtomobillərə də maraq arta bilər. Halbuki son vaxtlar insanların həmin avtomobillərə marağı ölmüşdü".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Yeni 50 manatlar belə olacaq

Mərkəzi Bankın sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları 25 dekabr 2025-ci il tarixindən etibarən tədavülə buraxılır.

Avtomobil bazarına ağır zərbə, maşınlar əllərində qaldı

“Hörmətli İqtisadiyyat Nazirliyi, dəyərli Nazirlər Kabineti, lütfən ictimaiyyətlə işləməyi öyrənin, vaxtında rəsmi açıqlamalar verin, zatən biznes qan ağlayır, yazığınız gəlsin, axı qızıl yumurtalayan toyuğu, süd verən inəyi kəsməzlər, elə deyil?”

Nazir anons etdi: Azərbaycanda ət bahalaşır

Azərbaycanda son illər heyvandarlıq sahəsində narahatedici tendensiya müşahidə olunur. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sözlərinə görə, ölkədə heyvanların baş sayında azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə 2,5 milyon baş iribuynuzlu, 6,9 milyon baş xırdabuynuzlu heyvan mövcud olub. Bu da son üç ildə müvafiq olaraq 6 faiz və 11 faiz azalma deməkdir.

ƏDV qeydiyyatı ilə bağlı qaydalar dəyişir

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər pərakəndə ticarət və əhaliyə xidmət sahələrində ƏDV qeydiyyatı ilə bağlı qaydaları əhəmiyyətli dərəcədə yeniləyir. Hazırkı qanunvericiliyə görə, ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatların məbləği 200 min manatı keçdikdə vergi ödəyicisi məcburi qaydada ƏDV qeydiyyatına alınmalıdır.

Gələn ildən “ƏDV gerial” məbləği artırılır

Vergi Məcəlləsinə” gələn ildən “ƏDV gerial” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib.