Soyuducuya ikinci dəfə qoyulanda zəhərə çevrilir - 5 əsas qida
Buzu açıldıqdan sonra bəzi qidaları yenidən soyuducuya qoymaq olmaz. Hurriyyet.Az xəbər verir ki , bunu həkim Hüseyin Tapik deyib. Onun sözlərinə görə, donu açılmış bəzi qidaları yenidən soyuducuya qoymaq ciddi sağlamlıq riskləri daşıyır. Bu qidalar bakteriyaların sürətlə çoxalmasına və qida zəhərlənməsinə gətirib çıxara bilər. Ət və toyuq məhsulları don açıldıqdan sonra ən riskli qidalardan sayılır. Çiy ət, toyuq və balıq bir dəfə buzu açıldıqdan sonra birbaşa bişirilməli və istehlak edilməlidir. Yenidən soyuducuya qoymaq bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Dəniz məhsulları da eyni qaydada təhlükə yaradır. Balıq, kalmar, karides və digər dəniz məhsulları don açıldıqdan sonra tez bişirilməli və dərhal istehlak olunmalıdır. Uzun müddət saxlanılması zəhərlənmə riskini artırır. Süd və süd məhsulları, o cümlədən qatıq, pendir, kəsmik və qaymaq, don açıldıqdan sonra yalnız bir dəfə istifadə edilməlidir. Yenidən dondurmaq bu məhsulların keyfiyyətini pozur və təhlükəli ola bilər. Yumurtalar və onlardan hazırlanan qarışıqlar da don açıldıqdan sonra bir daha soyuducuya qoyulmamalıdır. Mayonez, krem və çiy yumurtadan hazırlanmış digər məhsullar da bir dəfə istifadədən sonra atılmalıdır. Hazır yeməklər, souslar və şorbalar və səbzələr donu açıldıqdan sonra yalnız bir dəfə soyudulub istifadə oluna bilər. Yenidən dondurmaq qida təhlükəsizliyi baxımından tövsiyə edilmir. Həmçinin, buzu açılmış qidaları otaq temperaturunda uzun müddət saxlamaq da risklidir. (Milli.az)
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...