banner
banner

Sağlamlıq

Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?

Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?

Ağciyərlərdə ilk müsbət dəyişikliklər siqareti tərgitdikdən iki həftədən üç aya qədər olan müddətdə müşahidə olunur.

Cia.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın TASS informasiya agentliyinə həkim Marina Makarova məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ağciyərlər inanılmaz dərəcədə yüksək bərpa qabiliyyətinə malikdir. Lakin tütün tüstüsünün vurduğu bəzi zədələnmələr tamamilə geri dönməz ola bilər:

"Bərpa prosesinin səviyyəsi insanın yaşından, siqaret çəkmə müddətindən (stajından) və artıq mövcud olan xroniki xəstəliklərindən birbaşa asılıdır. Siqareti tərgitmək ilk növbədə selikli qişanın funksiyasını bərpa edir: selikli qişanı mikroblardan və tullantılardan təmizləyən sayrışan epitel kirpikcikləri yenidən böyüyür, həmçinin orqanizmdə oksidləşdirici stres azalır. Bununla yanaşı, qan dövranı və ağciyərlərin ümumi funksiyası yaxşılaşır. Nəticədə öskürək azalır və nəfəs darlığı tamamilə yox olur", - deyə həkim vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.

Həkimdən gecələr telefona baxanlara XƏBƏRDARLIQ

Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...