Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? - həkimdən xəbərdarlıq
Son günlər uşaqlar arasında naməlum mənşəli xəstəliklə bağlı narahatlıq artıb. Valideynlər övladlarında günlərlə davam edən yüksək hərarət və halsızlığın səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirirlər.
Bir sıra ölkələrdə yayılan H3N2 virusunun ölkəmizdə də yayılması ilə bağlı təşviş yaransa da, rəsmi qurumlar hələlik bu istiqamətdə hər hansı təsdiqlənmiş məlumat açıqlamayıblar. Bununla belə, əhali arasında xəstəliyin qeyri-adi gedişi ciddi narahatlıq doğurur. Paytaxt sakinlərinin sözlərinə görə, 39-40 dərəcəyədək yüksələn hərarət və güclü titrətmə müşahidə olunsa da, öskürək, boğaz ağrısı kimi klassik respirator simptomlar əksər hallarda olmur. Bu isə xəstəliyin yeni virus olub-olmaması ilə bağlı suallar yaradır.
Qeyd edək ki, son günlər bir sıra ölkələrdə A tipli qrip virusunun H3N2 ştammının yayılması ilə bağlı məlumatlar yayılıb. Ölkənin səhiyyə qurumları bu ştammın dövriyyədə olduğunu bildirib və əhaliyə qoruyucu tədbirlərə əməl etməyi, xüsusilə də risk qrupunda olan şəxslərə peyvənd olunmağı tövsiyə edib. Virusun Türkiyədə və Ermənistanda da aşkarlandığı bildirilir. Səhiyyə mütəxəssisləri qeyd edirlər ki, virusun əlamətləri hər kəsdə eyni olmaya bilər və bəzi hallarda yüksək hərarət, halsızlıq və ümumi zəiflik klassik öskürək və boğaz ağrısı olmadan da müşahidə edilə bilər. Bu səbəbdən xəstəlik əlamətləri uzun müddət davam etdikdə həkimə müraciət etmək və özünü müalicədən çəkinmək tövsiyə olunur.
Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a açıqlama verən pediatr Gülşən Əliyeva bildirib ki, hazırda uşaqlar müxtəlif şikayətlərlə həkimə müraciət edirlər. Onun sözlərinə görə, əsasən yüksək hərarət - 39-40 dərəcəyədək temperatur müşahidə olunur. Valideynlər çox zaman dərhal həkimə müraciət etmir, bir neçə gün, bəzən isə 10 günədək ev şəraitində müxtəlif simptomatik dərmanlardan istifadə edirlər. Nəticədə uşaqlar artıq müayinəyə gətiriləndə pnevmoniya aşkar olunur. Həkimin sözlərinə görə, bu il müraciət edən uşaqlar arasında pnevmoniya ilə ağırlaşan hallar üstünlük təşkil edir.
Gülşən Əliyeva qeyd edib ki, son günlər bir neçə gün davam edən hərarətdən sonra qusma, ürəkbulanma və ishal şikayətləri ilə müraciətlər də artıb. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də uşaqlar arasında kəskin respirator infeksiyalar və mədə-bağırsaq infeksiyaları daha çox yayılıb. Xəstəliklər uşaqlarda müxtəlif dərəcədə və fərqli ağırlıqda keçir.
Pediatr vurğulayıb ki, müalicə hər bir uşağa fərdi şəkildə, orqanizmin xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur. Ümumilikdə isə müalicənin nəticəsi və proqnozu yaxşıdır: həkimə müraciət edən uşaqlar sağalır və aparılan müalicə qənaətbəxş nəticə verirHəkim valideynlər arasında geniş yayılmış “uşaq xəstələnən kimi sistem vurulması” məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, venadaxili infuziya yalnız ciddi tibbi göstəriş olduqda və mütləq xəstəxana şəraitində aparılmalıdır: “Əgər uşaqda ciddi maye itkisi müşahidə olunursa, yalnız bu halda müvafiq göstərişlər əsasında stasionar şəraitdə venadaxili köçürülmə həyata keçirilə bilər. Ambulator şəraitdə, yəni evdə və ya poliklinika səviyyəsində venadaxili infuziyaların aparılması isə düzgün hesab olunmur”
Tacikistan Respublikasının paytaxtı Düşənbədə şəhərində polis əməkdaşları digər şəxsləri qəsdən İİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.
Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir.
Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır. Pasiyentlərin səhiyyə müəssisələrinə və ya birbaşa tibb personalına qarşı hüquqi mübarizə aparması kifayət qədər mürəkkəb, həmçinin uzunmüddətli prosedurlar zəncirini əhatə edir. Bu cür mübahisələrdə ən kritik məqam həkim səhvi ilə yaranan fəsad arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğunu tam subut etməkdir. Bu proses isə müalicə tariçəsi, analiz nəticələri, rentgen və digər tibbi sənədlərin ekspertlər tərəfindən dərindən araşdırılmasını, xüsusi rəylərin alınmasını zəruri edir. Çünki hüquqi baxımdan əsaslı sübutlar olmadan qarşı tərəfin məsuliyyətini müəyyən etmək qeyri-mümkündür.
Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.
Tarif Şurasının son qərarı ilə 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi yenidən tənzimlənib. Qərara əsasən, dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi təsdiqlənib və yeni qiymətlər müəyyən edilmiş tarixlərdə qüvvəyə minəcək. Bəs bu dəyişikliklər apteklərdə və alıcıların büdcəsində necə əks olunur?
TƏBİB tabeli tibbi müəssisələrində bu gün – ayın 1-də ilk dəfə olaraq bütün tibb müəssisələrinə əməkhaqları tam şəkildə köçürülüb. Qeyd edək ki, uzun müddət idi, tibb işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı narazılıqlar var idi. Hətta müqaviləyə əsasən maaşı ayın 10-dək verilməli olanların da ödənişlərinin gecikdiyini bildirirdilər. Bununla bağlı Musavat.com-a da çox sayda şikayət daxil olub.
Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür.