Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb - RƏQƏMLƏR
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 34 milyon 289 min ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görəi, bu, ötən ilin eyni dövrü illə müqayisədə 22,6 % azdır.
Hesabat dövründə Azərbaycandan Rusiyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 10,8 %-dən 9,5 %-ə düşüb.
9 ay ərzində Rusiyadan Azərbaycana isə fiziki şəxslər 343 milyon 888 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.
Hesabat dövründə Rusiyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 48,4%-dən 40,5%-a düşüb.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 849,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 361,4 milyon pul köçürülüb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % çox və 11,5 % azdır.
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.