banner
banner

Şou

"Deyirlər ki, 21-ci əsrdir, bunun geyindiyinə bax"

"Deyirlər ki, 21-ci əsrdir, bunun geyindiyinə bax"

"Öz aramızda" verilişində qonaq olan müğənni Aynur Dadaşova efirlərdə əsasən qapalı geyim tərzinə üstünlük verməsinin səbəblərindən danışıb.

Sənətçi bildirib ki, tamaşaçı sevgisi onun üçün çox önəmlidir və geyim seçimində də məhz bunu nəzərə alır. Onun sözlərinə görə, izləyicilərin böyük bir qismi onu açıq-saçıq geyimdə görmək istəmir və bu, bəzən onu seçim qarşısında qoyur.

Aynur Dadaşova qeyd edib ki, hətta bəzi tamaşaçılar ona zarafatla "AZTV 1" adı da veriblər.

Müğənni vurğulayıb ki, istəsə dekolteli geyimlərdə də səhnəyə çıxa bilər və belə məclislərdə də olub. Lakin illərdir tamaşaçının onu belə bir obrazda qəbul etdiyini deyən sənətçi, bu imicdən kənara çıxmağın birmənalı qarşılanmadığını bildirib. O əlavə edib ki, bir tərəfdən də onu müasir dövrə uyğun geyinməməkdə tənqid edənlər var, digər tərəfdən isə daha açıq geyinməyə başlayanda "başqaları kimi oldu" deyənlər çıxır.

Aynur Dadaşova bildirib ki, bu səbəbdən tamaşaçılarına müraciət edərək onların fikrini öyrənmək istəyib və daha çox nəyin xoşlarına gəldiyini bilməyin önəmini vurğulayıb:

"Əsas məqsəd izləyicilərinin gözündən düşməmək, hörmətsiz görünməmək və mənə verdikləri dəyəri itirməməkdir. Tamaşaçı məni necə sevib qəbul edibsə, elə də qalmağa üstünlük verirəm"./Milli.az/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".