Qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına səbəb olub.
Mütəxəssislər küncütün öskürəyə müsbət təsir etdiyini açıqlayıb. O, immun hüceyrələrini artırır.
E, C və B qrupu vitaminləri ilə çox zəngin olan küncüt güclü zülal qaynağıdır. Onun tərkibində çoxlu lif, sağlam yağ, vitaminlər və minerallar var. Zülal və kalsiumla zəngin olan küncüt orqanizmdəki bütün mikrobları yox edir.
Bədən yaralarının sağalmasına kömək edən küncüt damarlarda tıxanmanın qarşısını alır. Bu qida vasitəsi soyuqdəyməyə qarşı böyük fayda verir. Müntəzəm olaraq istehlak edildikdə, bədəndəki iltihabı aradan qaldırmağa kömək edir. Gündə 1 qaşıq küncüt yağı qəbul etmək boğaz infeksiyasına qarşı faydalıdır və öskürəyi aradan qaldırır.
O, oleik turşusu ilə zəngin olduğu bilinir, beləliklə ürək sağlamlığını dəstəkləyir. Eyni zamanda xolesterol səviyyəsini azaldır və qan təzyiqini nəzarət altında saxlamağa kömək edir. (Axşam.az)
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...