“İbo Show” proqramının Yeni il xüsusi buraxılışında Asena və İbrahim Tatlısesin 25 ildən sonra bir araya gəlməsi günlərdir gündəmdən düşmür.
Cia.az xəbər verir ki, canlı yayımda Bülent Ersoyun “Asenanı necə razı saldılar?” sualından sonra Yıldız Tilbenin etdiyi “pul” jesti və “2 milyon lirəyə gəlib” sözləri gündəmi dəyişib.
Sosial mediada Asenanın proqrama 2 milyon TL qonorar qarşılığında qatıldığı iddiası sürətlə yayılıb.
Kulis məlumatlarına görə, Asena bu proqramda iştirak qərarını son anda verib. Yaxın çevrəsinin bildirdiyinə görə, təklif uzun müddət müzakirə olunub və razılıq prosesi asan başa gəlməyib. Asenanın “İbo Show”ya dönüşü və iddia edilən yüksək qonorar qarşılığında proqramda yer alması sosial media istifadəçiləri tərəfindən intensiv şəkildə müzakirə olunmağa davam edir. Yaşanan görüş “2 milyon lirə doğrudurmu?”, “Barış oldumu?”, “Bu görüş PR addımı idimi?” kimi suallar doğurub.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.