banner
banner

Səhİyyə

Yeni Klinika bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirdi

Yeni Klinika bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirdi
Aytac Vahabovanın həkim-mama-ginekoloq Sevinc Məmmədova barəsində media subyektindəki açıqlaması ilə bağlı Yeni Klinika rəsmi açıqlama yayıb.

Musavat.com xəbər verir ki, məlumatada deyilir:

İlk olaraq qeyd edirik ki, 04.01.1992-ci il təvəllüdlü Vahabova Aytac Tahir qızı 13.10.2025-ci il tarixində saat 05:20 radələrində Yeni Klinikanın Təcili tibbi yardım şöbəsinə daxil olub. O, triaj olunaraq həkim ginekoloqla konsultasiya edilməsi və müayinə məqsədilə Təcili tibbi yardım şöbəsinin ginekoloji otağına alınıb.

Aytac Vahabova həkimə səhhəti ilə əlaqədar olan şikayətlərini bildirdikdən sonra həkim tərəfindən zəruri tibbi prsedurların icrası məqsədilə ona müayinə masasına keçməsi təklif olunub. Bu zaman o, özünəməxsus mobil telefon vasitəsilə çəkiliş apararaq qeyri-etik davranışlar sərgiləyərək həkimə qarşı təhqirlər səsləndirərək müayinə həkiminə “Sən kimsən məni müayinə edirsən?” ifadələri işlətməklə çəkiliş aparmağa davam edib.

Ona ilk olaraq müayinə olunmasının zəruriliyi və bu məqsədlə zəruri tibbi prosedurların həyata keçirilməsi üçün həkim tövsiyə və tapşırıqlarına əməl etməsi bildirilərək onunla maarifləndirici və izahedici söhbətlər aparılıb. Lakin o, bunlara məhəl qoymayaraq qeyri-etik ifadələrini və davranışlarını davam etdirərək Təcili tibbi yardım şöbəsini tərk edib.

Qeyd etməyi zəruri hesab edirik ki, müəssisədaxili prosedur qaydalarına uyğun olaraq bu hal müayinə həkimi və eləcə də həmin vaxtı orada olmuş Klinikanın əməkdaşlarının iştirakı ilə aktlaşdırılıb.

Aytac Vahabova 13.10.2025-ci il tarixdə baş verən və onun qeyri-etik davranışları ilə müəyyən edilən hadisəni sonradan, yəni 13.01.2026-cı il tarixdən media orqanlarında açıqlaması da onu göstərir ki, Aytac Vahabovanın açıqlaması əsassız və qərəzlidir.

Yeni Klinika olaraq bildiririk ki, bütün pasiyentlərə tibbi yardım göstərilməsi zamanı peşəkar etik prinsiplərə, qanunvericiliyin tələblərinə və pasiyent hüquqlarına ciddi şəkildə əməl olunur.

Eyni zamanda, tibb işçilərinin də təhlükəsiz və etik mühitdə fəaliyyət göstərməsi Klinika üçün prioritetdir.

Fotoda: Sevinc Məmmədova

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”

Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir.

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır. Pasiyentlərin səhiyyə müəssisələrinə və ya birbaşa tibb personalına qarşı hüquqi mübarizə aparması kifayət qədər mürəkkəb, həmçinin uzunmüddətli prosedurlar zəncirini əhatə edir. Bu cür mübahisələrdə ən kritik məqam həkim səhvi ilə yaranan fəsad arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğunu tam subut etməkdir. Bu proses isə müalicə tariçəsi, analiz nəticələri, rentgen və digər tibbi sənədlərin ekspertlər tərəfindən dərindən araşdırılmasını, xüsusi rəylərin alınmasını zəruri edir. Çünki hüquqi baxımdan əsaslı sübutlar olmadan qarşı tərəfin məsuliyyətini müəyyən etmək qeyri-mümkündür.

Süni intellekt “super peyvənd” hazırladı

Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.

184 dərmanın QİYMƏTİ dəyişdi: Apteklərdə son vəziyyət REPORTAJ

Tarif Şurasının son qərarı ilə 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi yenidən tənzimlənib. Qərara əsasən, dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi təsdiqlənib və yeni qiymətlər müəyyən edilmiş tarixlərdə qüvvəyə minəcək. Bəs bu dəyişikliklər apteklərdə və alıcıların büdcəsində necə əks olunur?

Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama - ÖZƏL

TƏBİB tabeli tibbi müəssisələrində bu gün – ayın 1-də ilk dəfə olaraq bütün tibb müəssisələrinə əməkhaqları tam şəkildə köçürülüb. Qeyd edək ki, uzun müddət idi, tibb işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı narazılıqlar var idi. Hətta müqaviləyə əsasən maaşı ayın 10-dək verilməli olanların da ödənişlərinin gecikdiyini bildirirdilər. Bununla bağlı Musavat.com-a da çox sayda şikayət daxil olub.

Hantavirus daha da yayıla bilər - ÜST-dən həyəcanverici XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür.