banner
banner

Dünya

Rusiya Avropaya əlini uzadır

Rusiya Avropaya əlini uzadır

Rəsmi Moskva Qərblə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Dövlət Dumasının yuxarı palatası sayılan Federasiya Şurasında çıxışı zamanı söyləyib.

XİN rəhjbəri deyib: "Rusiya Vaşinqtonun nüfuzundan istifadə edərək Ukraynanın yeni hərbi avantüralarının qarşısını alacağına ümid bəsləyir."

Bundan əlavə, S.Lavrov ötən gün Brüsselə səfəri zamanı Avropa İttifaqını Rusiyanın maraqlarına ziyan vuracaq addımlara qarşı olmağa çağırıb: "Avropa İttifaqının şərq qonşuları ilə münasibətləri Moskvaya mənfi təsir göstərməməlidir."

Xatırladaq ki, mayın 21-22-də Riqada Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin sammiti keçiriləcək. Bu proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus daxildir. Məqsəd bu ölkələrin Avropaya inteqrasiyasını dərinləşdirməkdir.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.