banner
banner

Şou

Nanədən görünüşünü tənqid edənlərə cavab

Nanədən görünüşünü tənqid edənlərə cavab

Aparıcı Nanə Ağamalıyeva son günlər görünüşü haqda yazılanlara reaksiya verib.

Cia.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı çəki atmasını sağlam qidalanması ilə əlaqələndirib:

“Azərbaycan Dövlət Tibb Universitetinin məzunuyam və bununla hər zaman qürur duymuşam.

Məni tanıyan hər kəs bilir ki, həkim olaraq sağlam və düzgün həyat tərzinə həmişə üstünlük vermişəm. Amma məni tanımayanların da diqqətinə çatdırmaq istəyirəm ki, sağlamlıq ilk növbədə ruhdan başlayır. Ruhu sağlam olan insanlar həyata, daha işıqlı və daha güclü baxırlar.

Həyata baxışınız sizin aynanızdır. Sağlam yaşayın, sağlam qidalanın, idmanla məşğul olun. Bədənimizi idarə edən enerjidir və yalnız o enerjini hərəkətə gətirdikdə insan öz həyatı ilə bağlı yeni, doğru qərarlar verməyə başlayır.

Bu həyatı, bu ömrü bizə bəxş edən Allahdır. Həyatınızı, düzəninizi, ömrünüzü gözəlləşdirməyə tələsin. Mən həm həyatımdan, həm də Allahımdan hər zaman çox razıyam. İstədiyim hər nə varsa, artıqlaması ilə mənə bəxş edib, Alhamdulillah.

Sizin dünya boyda sevginizin qarşısında baş əyirəm, çox sağ olun. Sizin sevginiz məni hər zaman belə gözəl, ideal formada qalmaq üçün həvəsləndirir. Allaha çox şükür edirəm. Şükür sənə İlahi ! Sevin! Sevilin !

Qarşıdan Ramazan ayı gəlir. Çox böyük sevinc hissi ilə bu müqəddəs ayın gəlişini gözləyirik. Sizi, tamaşaçılarımı, çox sevirəm! Allah hər kəsə bu müqəddəs günlərin sevincini yaşamagı nəsib etsin! Amin.

Ölkəmizin gözəl xanımları çoxdur, Azərbaycan qadını isə özü bütövlükdə bir gözəllik, zəriflik və ləyaqət nümunəsidir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".

Elza Seyidcahan Roza Zərgərli haqda danışmaq istəmədi

Əməkdar artist Elza Seyidcahan müğənni Roza Zərgərli ilə barışması haqda xəbərlərə münasibət bildirmək istəməyib.cia.az Axşam.az-a istinadən xəbər verir ki, "Qonaqcanlı" verilişində qonaq olan sənətçi aparıcının "Bildiyimə görə Roza və Elza xanımın arasında barışıq addımı var" sözlərinə belə cavab verib: