Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı olunduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə jurnalist Pərviz Hüseynin “Pərvizə görə” proqramında danışıb.
Vüsalə bildirib ki, anasının ona verdiyi böyrək fəaliyyətini itirib. Bu dəfə ona böyrəyini bacısının həyat yoldaşı verib:
“Qızımın 6 yaşı var idi. İkinci dəfə həmin acını yaşadım. Mənim üçün bunu yaşamaq ikiqat çətin idi. İlk dəfə bunu yaşayanda atam yanımda idi və dərdi olmayan qız idim. 8 il əvvəl isə tək qadın idim, gözümə baxan bir körpə var idi. Əziyyətli günlər yaşamağa başladıq. Hər ay müalicə üçün İrana gedib-gəlirdim. Böyük məbləğlər gedirdi. İranda dedilər ki, marta qədər vaxtı var, böyrək dayanacaq. Böyrək əməliyyatı keçirmiş tanışımdan həkiminin nömrəsini aldım. Həkim İstanbulda idi. Getmək istəyirik Türkiyəyə, amma İranda hava pis, qar, təyyarələr uçmur. Nəhayət İstanbula getdik. Həkim dedi ki, kaş, sizə 1 ay əvvəldən məlumat verərdilər. Həkimə dedim ki, icazə verməyin ölüm. Qızımın ad günü olacaqdı. Fevralın 7-si idi, dializ olundum, gəldim və ayın 10-nunda Diləyin ad gününü etdik. Ayın 11-ində qayıtdıq İstanbula. Ailədə hamı analiz verib ki, böyrəyi uyğun gəlsə, mənə versin. Qardaşım çox istədi böyrəyini versin, icazə vermədim. Bacımın böyrəyi uyğun gəlmədi. Digər bacımın həyat yoldaşı Elşən mənim donorum oldu”.
Qeyd edək ki, Əlizadənin ikinci böyrək əməliyyatı 8 il öncə baş tutub.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.