banner
banner

İdman

Türk idmançılar Bakıya gəlir

Türk idmançılar Bakıya gəlir

Türkiyə “Bakı-2015” birinci Avropa Oyunlarında 81-i qadın, 110-u kişi olmaqla 191 idmançı ilə iştirak edəcək. 
Qardaş ölkədən gələcək ən böyük idmançı qruplarından biri güləşçilər olacaq. “Bakı-2015”də sərbəst və yunan-Roma güləşi üzrə Türkiyədən 8-i qadın olmaqla 24 atlet mübarizə aparacaq.

Türkiyə Güləş Federasiyasının prezidenti Musa Aydın bildirib ki, qardaş ölkənin güləşçiləri Avropa Oyunları ərəfəsində son hazırlıqlarını davam etdirirlər. Türkiyə idmançıları ikinci vətənlərindən – Azərbaycandan medallarla qayıtmaq əzmindədirlər. O, hesab edir ki, qardaş Azərbaycanın “Bakı-2015”in təşkilindəki uğuru Türkiyənin də nailiyyəti kimi qiymətləndirilməlidir.

Bakıda medal uğrunda mübarizə aparacaq türkiyəli idmançılardan biri də sərbəst güləş üzrə üçqat Avropa çempionu, ötən il 125 kiloqram çəki dərəcəsində dünya çempionu adını qazanan Taha Akgüldür. O, bir neçə gün əvvəl “Bakı-2015” birinci Avropa Oyunlarının beynəlxalq idman elçisi seçilib.

Türkiyə idman ictimaiyyətinin nümayəndələri Azərbaycanda idmana böyük qayğı göstərildiyini qeyd edərək ölkəmizin “Bakı-2015”i yüksək səviyyədə təşkil edəcəyinə inandıqlarını vurğulayıblar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.