banner
banner

Şou

"Məclislərə "bədən-ayaq" göstərməyə getmirəm"

"Məclislərə "bədən-ayaq" göstərməyə getmirəm"

Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

O, toy məclislərindəki mövqeyindən və özünü niyə "brend" adlandırdığından danışıb.

Nazilə bildirib ki, məclisdə əsas fiqur gəlin olmalıdır və o, heç vaxt gəlinin kölgədə qalmasına səbəb olmaq istəmir:

"Fərqindəyəm ki, toyda gəlin mən deyiləm. Mən ora xeyir-dua verməyə, gözəl söz deməyə haqqı çatan Azərbaycan qadınıyam. Məclisdə gəlindən gözəl görünməməliyəm, onu ruhdan salmamalıyam".

Şairə vurğulayıb ki, toy və xına gecələrinə aparıcı kimi deyil, ailənin bir üzvü kimi qatılır:

"Həmin gecədə ailədən biri kimi olmalıyam. Mən hansısa paltarı reklam etmək, bədənimi göstərmək üçün getmirəm. Paltarlarımı hər kəs görə bilər. Mən o evin anası, bacısı, bibisi, xalası kimiyəm. Ora yad deyiləm ki, kimsə ərini məndən gizlətsin".

Onun "Mən brendəm" sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər Nazilənin yanaşmasını dəstəkləyərək bunu bəyənib, digərləri isə fikirlərə fərqli prizmadan yanaşıblar.

Qeyd edək ki, Nazilə Səfərli uzun illərdir xına məclislərinin aparıcılığı və təşkilatçılığı ilə məşğuldur və bu sahədə tanınan simalardan hesab olunur./Milli.az/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".