banner
banner

Cəmİyyət

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Sabiq icra başçısı lüks sauna tikdirdi -

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.

Cia.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, fəhlələr Rauf Həbibovun müxtəlif əmlakları və bahalı avtomobilləri olmasına baxmayaraq, kiçik bir işçi qrupunun əməyinə hörmət etmədiyini iddia edirlər.

"Bütün işlər tamamlanıb, amma o bizim haqqımızı verməkdən boyun qaçırır", — deyə orada çalışan fəhlə və qrup rəhbəri Ruslan Quliyev bildirib. Həbibovun mənzilləri və villaları ilə tanınan biri olduğunu vurğulayan fəhlələr, buna baxmayaraq, verdikləri zəhmətin qarşılığında heç bir haqq almadıqlarını qeyd ediblər.

Şikayətçilər həmçinin Rauf Həbibovun onları aldatdığına və əmək haqlarını verməkdən məqsədli şəkildə yayınmasına işarə edirlər.

"Bizim haqqımızı vermədiyi halda, heç bir çətinlik yaşamadan öz lüks həyatını davam etdirir", — fəhlələr deyiblər.

Məsələ ilə bağlı Manset.az Qubanın keçmiş icra başçısı Rauf Həbibovla əlaqə saxlayıb. O, belə bir problemin olduğunu etiraf edib:

“Hazırda sistem altındayam. Mən bununla bağlı sizinlə əlaqə saxlayacağam”.

Qeyd edək ki, 2012-ci ildə Rauf Həbibov Qubada baş vermiş kütləvi vətəndaş etirazı və kütləvi qarşıdurmadan sonra vəzifəsindən azad edilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.