Blogerin qalmaqal yaşadığı FHN-nin şöbə rəisinin FOTOSU
Xəbər verdiyimiz kimi, Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb.
Bloger, Anarın onu intim videolarla təhdid etdiyini bildirib və həyat yoldaşına bütün mesajları göstərib. Çelsi qeyd edib ki, Anarın atası Həsrət Pirməmmədov Yasamal Rayon Prokurorluğunda baş ədliyyə müşaviri olub, əmisi İlham Pirməmmədov isə keçmiş təhsil nazirinin müşaviri olub. Anarın qayınanası Mehriban Səmədova İqtisad Universitetində kafedra müdiridir, bacısı isə hüquq üzrə professor Şəhla Səmədovadır. Bloqer iddia edir ki, Anar xidməti avtomobillə onu izləyib və məsələ ictimailəşsə, işdən çıxarılacağı barədə xəbərdarlıq alıb.
32gun.az qalmaqalda adı keçən Anar Pirməmmədovun fotosunu əldə edib.
Bakıda sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər çərçivəsində metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkət optimallaşdırılacaq, sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək.
Rəsmi sənədlər mövcud olduğu halda, sosial şəbəkələrdə qarayaxma kampaniyası aparılır, süni intellektlə hazırlanmış görüntülər vasitəsilə vəzifəli şəxslərə təzyiq göstərildiyi iddia olunur
"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Musavat.com-a verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.