banner
banner

Cəmİyyət

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Paylaşılan məlumatlarda bildirilir ki, sözügedən hadisə bağçaya təyin olunmuş müdir əvəzinin göstərişi ilə baş verib.

Bağçanın müdir əvəzi Vəsilə Bayramova iddiaların əsassız olduğunu bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra bütün məqamlar aydınlaşacaq.

"Görüntüləri görmüşük və orada səsləndirilən iddiaların hamısı yalandır. Kadrlarda görünənlər ərzaq deyil, tullantı məhsullarıdır", - deyə o, bildirib.

Valideynlərdən biri də bağçada uşaqların qidalanmasından razı qaldığını deyib: "Qidalanma hər gün çəkilir və qruplarda paylaşılır. Son vaxtlar təyin olunan müdir əvəzi Vəsilə xanım bağçada bir çox yeniliklər həyata keçirib. O, işinə və uşaqlara böyük həvəslə yanaşır. Kadrlara diqqətlə baxanda da görünür ki, orada daşınan hər hansı ərzaq məhsulu yoxdur. Bunlar, sadəcə, tullantı məhsullarıdır".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 198 nömrəli körpələr evi-uşaq bağçasında ərzaq məhsullarının mənimsənilməsi ilə bağlı yayılan iddialar araşdırılır. (baku.tv)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.

Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu - SENSASİON TƏFƏRRÜATLAR

Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.