Və yaxud, başçıya qarşı verilən iddia ərizəsinə hakimin ədalətli qərar verməsi üçün dizləri niyə əsməlidir?
Tovuz rayonu Azaflı kəndində daimi qeydiyyatda olan və
həmin kənddə daimi yaşayan Alisgəndərov Oktay Telman
oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə və aidiyyatı dövlət qurumları rəhbərlərinə KİV vasitəsilə Ş İ K A Y Ə T - Ə R İ Z Ə S İ ilə müraciət etmişdir.
Müraciətin aktuallığını və dövlət əhəmiyyətini nəzərər alaraq onu olduğu kimi ictimaiyyətə təqdim edirik.:
Hörmətli, cənab Prezident və səlahiyyət sahibləri!
Bildirirəm ki, mən Alisgəndərov Oktay Telman oğlu Azərbaycan Respublikasının
Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə
verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli
Fərmanına uyğun olaraq özümə məxsus tikilinin yerləşdiyi torpaq sahəsi dövlət
mülkiyyəti olmaqla Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi
0,97 kv.metr olan qeyri-yaşayış binamı, obyektimi Azərbaycan Respublikasının
Fövqaladə Hallar Nazirliyində 15230 nömrə ilə rəsmi portalda qeydiyyata aldırıb,
istismara qəbul etdirib, rəsmi qaydada sənədləşdirib hüquqların dövlət qeydiyyatı
haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış və texniki pasport
almağım üçün Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinin Gəncə
Regional Mərkəzinə müraciət etmişəm.
Azərbaycan Respublikasının Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti
obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-
cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq 10 qurumun müsbət rəyi alınmalı
olduğu halda Tovuz Rayon İcra Hakimiyyətindən başqa 9 qurumun (Azərbaycan
Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz
Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi
İdarəsinin, SOCAR «Azəriqaz» İstehsalat Birliyinin, «Azərişıq» ASC-nin, ADSEA-nın
(Azərsunun), FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, FHN Dövlət
Yanğın Nəzarəti Xidmətinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ[1]mədən Nəzarəti Dövlət Agentliyinin, Obyektin İstismara hazır olması barədə FHN-nin və
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin)
müsbət rəylərini almaqla yanaşı mənə məxsus Tovuz şəhəri Heydər Əliyev prospektində
yerləşən tikinti sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış binamın, obyektimin yerləşdiyi
0,97 kv.metr torpaq sahəsi dövlət mülkiyyəti olduğu üçün Azərbaycan Respublikası
İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə 01 oktyabr 2025-ci il
tarixli 14115 nömrəli “hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə
icarə müqaviləsi də bağlamağıma və obyektin istismara qəbul edilməsinə dair aktın
verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə 61 (altmış bir) manat
dövlət rüsumu da ödəməyimə baxmayaraq, hörmətli, cənab Prezidentim, nədənsə Tovuz
Rayon İcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlu Sizin
Fərmanınızın əlehinə, ziddinə getməklə, öz şəxsi maraqları naminə Sizin Fərmanınızı
heçə sayıb xalqla Dövlət arasında uçurum yaradır, xalq və Hakimiyyətin birliyinə xələl
gətirir, vətəndaş məmnunluğunu heçə sayaraq vətəndaş süründürməçiliyinə yol verir,
Sizin yürütdüyünüz daxili və xarici siyasətinizə kölgə salmağa çalışır.
Belə ki, mən Alisgəndərov Oktay Telman oğlu 5 aydan çoxdur ki, Tovuz Rayonİcra Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlundan icarə müqaviləsi
ilə birlikdə tələb olunan bütün sənədləri o cümlədən obyektin istismara qəbul edilməsinə
dair aktın verilməsi üçün qanunla müəyyən edilmiş qaydada və məbləğdə 61 (altmış bir)
manat dövlət rüsumu ödəyib ödənişə dair qəbzi də Tovuz Rayon İcra Hakimiyyətinin
Memarlıq və Tikinti Şöbəsinə təqdim edib, məni canıma doydurub, canımdan
bezdirdikləri üçün əsəbdən əsəb, şəkər xəstəliyinə tutulub insult keçirməməyim xatirinə
məcbur olub hətta 25 dekabr 2025-ci il tarixdə Azərpoçt ASC-nin Tovuz Mərkəzi filialı
vasitəsi ilə rəsmi ərizə və teleqramla müraciət etsəm də nə obyektin istismara qəbul
edilməsinə dair aktı ala bilirəm nə də obyektin istismara qəbul edilməsinə dair aktın
verilməməsinin səbəblərini aydınlaşdıra bilirəm. Qısacası cavablarında şifahi olaraq
onların dili ilə desək bildirirlər ki, “biz Başçının razılığı, “dabrosu”, “okeyi” olmadan
obyektin istismara qəbul edilməsinə dair aktı nə verə bilərik nə də qanunla müəyyən
edilmiş qaydada obyektin istismara qəbul edilməsinə dair aktın verilməməsinin səbəbləri
barədə məlumat verə bilmərik.” Yəni qısacası bir sözlə Tovuz Rayon İcra
Hakimiyyətinin Başçısı Məmmədov Məmməd Cahangir oğlu rəhbərlik etdiyi İcra
Hakimiyyətinin bütün sturuktur Bölmələrinin səlahiyyətlərini və möhürlərini
mənimsəməsi azmış kimi hətta xalq tərəfindən seçilmiş Tovuz rayonunda fəaliyyət
göstərən bütün Bələdiyyələrin də səlahiyyətlərini və möhürlərini mənimsəməklə Tovuz
əhalisini canına bezdirib Tovuzda özünü Bağdadda isə kor xəlifəni sayır, başda ən Ali
Qanununmuz olan Azərbaycan Respublikasının Konstitutsiyası olmaqla qüvvədə olan
bütün qanunvericiliyin ziddinə, əlehinə çıxmaqla bilərəkdən qəsdlə ciddi və kobud qanun
pozuntularına yol verib hərəkət və ya hərəkətsizlik nümayiş etdirir.
Odur ki, yuxarida qeyd etdiyim halları, faktları, sübutları və xüsusatları nəzərə alıb
Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, öz şəxsi nüfuzunuzdan və səlahiyyətlərinizdən
istifadə edib, Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyində 15230 nömrə
ilə rəsmi portalda qeydiyyatan keçirdiyim, Tovuz Rayon İcra Hakimiyyətindən başqa 9
aidiyyəti qurumdan müsbət rəylər aldığım, obyektin yerləşdiyi torpaq sahəsinə dair
Dövlətlə 01 oktyabr 2025-ci il tarixli 14115 nömrəli icarə müqaviləsi bağladığım Tovuz
şəhəri Heydər Əliyev prospektində yerləşən tikinti sahəsi 0,97 kv.metr olan qeyri-yaşayış
binama, obyektimə Tovuz Rayon İcra Hakimiyyətindən obyektin istismara qəbul
edilməsinə dair aktın verilməsinə köməklik göstərib, Tovuz Rayon İcra Hakimiyyətindəbaş alıb gedən, ayaq tutub yeriyən hərəkət və ya hərəkətsizliyin, bu özbaşınalıqların
qarşısının alınması üçün ciddi və təxirə salınmaz cəza tədbirləri görəsiniz.
İmza: Alisgəndərov Oktay Telman oğlu
P. S. Tovuz rayonu Azaflı kənd sakini Alisgəndərov Oktay Telman oğlunun qaldırdığı məsələ tək bir sahibkarın problemi kimi deyil, daha geniş miqyaslı narazılıqların göstəricisi kimi dəyərləndirilir.
Bu sualın cavabını isə aktualinfo saytı araşdırmasında faktlara istinadən cavabı belə vermişdir:
Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatları Birliyi ammofos gübresinin satınalınması üzrə bir mənbədən satınalma yolu ilə keçirdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 181.760 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 04.12.2024 -cü il tarixdə dərc edilib.
Qeyd edək ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatları Birliyi “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda. Göründüyü kimi Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AQROKİMYA” (VÖEN: 7300045761) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.11.2000-cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 9938.80 manat olan MMC-nin hüquqi ünvanının, TOVUZ RAYONU, DÖNÜK QIRIQLI, qanuni təmsilçisi kimi isə Məmmədov Rəhman Məmməd oğlu qeyd olunub.
Bəs Məmmədov Rəhman Məmməd oğlu kimdir? Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun oğlu.
Vergi Xidmətinin reyestr məlumatlarına edilmiş dəyişiklikdə “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məmmədov Məmməd Cahangir oğlu tərəfindən təsis edildiyi göstərilir. MMC-yə ayrı ayrı vaxtlarda Xəlilov Eldar Cabbaroviç də rəhbərlik edib.
Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Məmmədov Məmməd Cahangir oğlu 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Apardığımız daha ətraflı araşdırmada o da məlum oldu ki, “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyəti son illər Kənd Təsərrüfatı Nazirliyinə tabeli “Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC ilə bir mənbədən satınalma yolu ilə 413.000 manat məbləğində 05.11.2024-cü ildə, 480.390 manat məbləğində 12.10.2023-cü ildə iki satınalma müqaviləsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.09.2021-ci ildə 940.600 manat məbləğində satınalma müqavilələri bağlamışdır.
Göründüyü kimi “AQROKİMYA” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyəri yüzminlərlə manat olan tenderlərin qalibi olub. Maraqlıdır ki, “AQROKİMYA” MMC Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumların keçirdiyi satınalmalarda bir mənbədən satınalma yolu ilə qalib gəlib. Bu isə “AQROKİMYA” MMC -nin təsisşisi olan Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Kənd Təsərrüfatı Nazirliyindəki şəxsi əlaqələri ilə bağlı ola bilər.
Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz bayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun Tovuzun kəndlərində sadə vətəndaşlara aid pay torpaqlarına verilən suda problem yaradir ki, kənd sakinləri bezib əllərində olan torpaqları bu adama satsınlar. Bu üsulla yüzlərlə hektar torpaq, kənd sakinlərinən alıb öz adamlarının adına kecirib. Göründüyü kimi Məmməd Məmmədov Tovuzda qazandıqları azmış kimi, milyonları həm də belə qazanır.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevdir.
İfadetv.info


