"Şimali Koreya rəhbərliyinin yeni kompleks atom bombası yaratması barədə xəbərlər yalandır, Pxenyan tərəfindən irəli sürülən şəkillər isə saxtadır". Belə bir iddianı Amerikanın hərbi ekspertləri irəli sürüblər.
Xatırladaq ki. bundan əvvəl 9 may tarixində Şimali Koreya dənizdə bazalaşdırılmış strateji raketlərin uğurlu sınaqları barədə xəbər yaymışdı. Raket sualtı qayıqdan atılmışdı.
Lakin Pentaqondan jurnalistlərə bildirilmişdi ki, Şimali Koreya alimləri bu tip raket yaratmaq üçün hələ çox çalışmalıdır. Bu sınaqlar barədə də yayılan fotolar saxta idi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.