banner
banner

İqtİsadİyyat

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bahalaşma OLACAQ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bahalaşma OLACAQ

"6 ildən köhnə nəqliyyat vasitələrinin Gürcüstana girişinin qadağan olunması Azərbaycanda qiymət sektoruna təsir edəcək. Lakin bu qərar avtomobil bazarına müəyyən təsir etsə də, tranzit üçün ciddi problem yaratmayacaq".

Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Milli.Az-a açıqlamasında deyib.

Ekspert qeyd edib ki, Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillər əslində həmin ölkədə istehsal olunmur və yalnız tranzit xətti ilə gətirilir:

"Gürcüstanın özündə avtomobil istehsal edən zavod və ya fabrik yoxdur. Bu nəqliyyat vasitələri ölkəmizə tranzit marşrutu ilə daxil olur. Tranzitlərə isə belə qadağaların tətbiqi mümkün deyil. Tranzitin öz qaydaları, məsafəsi və buna uyğun ödəniş mexanizmi var".

Onun sözlərinə görə, mövcud mexanizm tranzit keçidlərin məhdudlaşdırılmasını nəzərdə tutmur və bu baxımdan prosesin dayanması gözlənilmir:

"Bu qərar daha çox Gürcüstanda fəaliyyət göstərən soydaşlarımızın avtomobil biznesinə və gəlirliliyinə müəyyən təsir göstərə bilər. Lakin ümumi tranzit rejimi baxımından hər hansı qadağadan söhbət getmir. Bu, məsələnin real tərəfidir".

Qeyd edək ki, Gürcüstanda avtomobillərin sayı son illərdə sürətlə artıb. Hökumət artımın tıxacların çoxalmasına və ekoloji vəziyyətin pisləşməsinə səbəb olduğunu bildirib. Bu səbəbdən 6 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.