Ramazan ayında uzun saatlar ac qalmaq gün ərzində halsızlıq yarada və iftar vaxtı həddindən artıq yeməyə səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, enerjini qorumaq və iftarda çox yeməmək üçün ilk növbədə səhuru buraxmamaq vacibdir. Proteinlə zəngin qidalar, lifli məhsullar və tərəvəzlər toxluq hissini daha uzun müddət saxlayır və gün ərzində enerjinin stabil qalmasına kömək edir.
Qeyd olunur ki, sadə karbohidratlar ağ çörək, şirniyyat və şəkərli içkilər qısa müddətli enerji versə də, tez acmağa səbəb olur. Onların əvəzinə kompleks karbohidratlara üstünlük vermək daha məqsədəuyğundur. Həmçinin iftarla imsak arasında kifayət qədər su içmək vacibdir, çünki susuzluq bəzən aclıq hissi ilə qarışdırılır.
Mütəxəssislər tövsiyə edirlər ki, orucu yüngül şəkildə su və xurma ilə açmaq, daha sonra şorba ilə davam etmək mədəni yormur və həddindən artıq yeməyin qarşısını alır. Ağır və yağlı yeməklər isə halsızlıq yarada bilər. Bununla yanaşı, yuxu rejiminə əməl etmək də vacibdir. Vaxtında yatmaq və kifayət qədər istirahət etmək gün ərzində enerjini qorumağa və iştahanı nəzarətdə saxlamağa kömək edir.//Milli.Az
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...