Plastik və estetik əməliyyatı icra etmək üçün 45 həkimə icazə verilib.
Bu sözləri səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
“Bu siyahı genişlənməyə davam edir. Məlum olduğu kimi, Azərbaycanda plastik cərrahlarla bağlı iki əsas mərkəz var və bu şərait yaxşılaşır”, - nazir bildirib.//Apa
Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalayıb. Sənədə əsasən, əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilir.
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il azçəkili doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılmış, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə almışdır. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilmişdir.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış, indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.