İsrail mediasından SENSASİON İDDİA: Xamenei öldürülüb
İsrailin rəsmi kütləvi informasiya vasitələri İran İslam Respublikasının ali lideri Əli Xameneinin öldürüldüyü barədə məlumat yayıb.
Cia.az xəbər verir ki, hələlik rəsmi Tehran tərəfindən bu xəbəri təsdiq və ya təkzib edən hər hansı bəyanat verilməyib.
Lakin İsrail mənbələri Xameneinin son zərbələr nəticəsində həlak olduğunu iddia edir.
Qeyd edək ki, bir qədər əvvəl İsrail təhlükəsizlik rəsmiləri əməliyyatın hədəfində bütün İran rəhbərliyinin, o cümlədən Ali Rəhbərin olduğunu bildirmişdilər.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi hədəflərə zərbələr endirməsindən sonra bölgədə yerləşən ABŞ hərbi bazalarına raket hücumları təşkil edildiyini açıqlayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ) imtiyazlarından yararlanmaq, həm də Avropa İttifaqına inteqrasiya etmək cəhdlərinin onun üçün yaxşı nəticələnməyəcəyini bəyan edib.