TƏCİLİ: İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
İran ABŞ-nin Bəhreyn, Küveyt və İordaniyadakı hərbi bazalarına ən azı 4 ballistik raket və bir neçə pilotsuz uçuş aparatı (PUA) buraxıb.
Cia.az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasının rəsmisinə istinadən özünün "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Jurnalistin yaydığı məlumatda qeyd olunur ki, İran tərəfindən ABŞ-nin Bəhreyn, Küveyt və İordaniyadakı hərbi bazalarına doğru ən azı 4 ballistik raket və bir neçə dron atılıb.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İranı Hörmüz boğazı ərazisində Amerika helikopterinə endirilən zərbəyə cavab verəcəyi ilə hədələyib.
O, bildirib ki, ABŞ-nin Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı "Apache" helikopterlərindən biri vurulub. "Göyərtədə iki pilot olub, hər ikisi təhlükəsizlikdədir və xəsarət almayıb. Bununla belə, ABŞ, zəruri olaraq, bu hücuma reaksiya verməlidir", - Tramp sosial şəbəkə hesabında yazıb.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun İran ərazisindəki bəzi hədəflərə zərbələr endirməsindən sonra bölgədə yerləşən ABŞ hərbi bazalarına raket hücumları təşkil edildiyini açıqlayıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ) imtiyazlarından yararlanmaq, həm də Avropa İttifaqına inteqrasiya etmək cəhdlərinin onun üçün yaxşı nəticələnməyəcəyini bəyan edib.
Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilən Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yeni Katolikos-Patriarxın seçilməsi üzrə səsvermə prosesi başa çatıb.