banner
banner

Səhİyyə

Bu körpələrə icbari tibbi sığorta ilə xidmət göstərildi

Bu körpələrə icbari tibbi sığorta ilə xidmət göstərildi

Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il azçəkili doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılmış, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə almışdır. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilmişdir.

“Qafqazinfo” xəbər verir ki, vaxtından əvvəl doğulmuş uşaqlar (prematur) hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn uşaqlardır.

Onlar çox vaxt az çəki ilə doğulurlar. Erkən və azçəkili doğulan körpələrdə tənəffüs problemləri, intrakranial qanaxmalar, sarılıq və çəki artımının zəif olması kimi ağırlaşmalar baş verə bilər. Uzunmüddətli dövrdə isə nitq inkişafında gecikmələr, görmə və eşitmə problemləri, xroniki ağciyər xəstəlikləri müşahidə oluna bilər. Lakin adekvat neonatal qulluq, düzgün qidalanma, infeksiyaların profilaktikası və erkən reabilitasiya bu nəticələri xeyli yaxşılaşdırır.

Bu körpələr adətən neonatal reanimasiya və ya intensiv terapiya şöbəsində saxlanılır. Əsas məqsəd körpənin həyati funksiyalarını stabilləşdirmək, inkişafını dəstəkləmək və ağırlaşmaların qarşısını almaqdır. Körpələr ilkin olaraq stasionar şəraitdə tənəffüs dəstəyi ilə təmin olunur. Ağciyərlər kifayət qədər inkişaf etmədiyi üçün oksigen, CPAP və ya süni tənəffüs aparatı ilə təmin olunur. Qeyri-invaziv ventilyasiya və ya mexaniki ventilyasiya kimi üsullarla uşağın nəfəs alması stabilləşdirilir, oksigenlə təminatı yaxşılaşdırılır və tənəffüs çatışmazlığının ağırlaşmasının qarşısı alınır. Qan dövranı sistemi də diqqətlə izlənir - EKQ və təzyiq monitorinqi aparılır, qan dövranı dəstəklənir. Erkən doğulan körpələr bədən hərarətini sabit saxlaya bilmədikləri üçün küvəzdə saxlanılır. Qidalanma xüsusi protokollara uyğun aparılır. Əvvəlcə venadaxili total parenteral qidalanma tətbiq edilir, daha sonra zondla, tədricən ana südü ilə qidalandırılır. Bu mərhələdə həyati göstəricilər - nəbz, saturasiya, tənəffüs, bədən tempraturu, qanda şəkər və elektrolitlər daimi monitorinq edilir.Vaxtından əvvəl doğulan uşaqlar üçün immun sisteminin zəif olması mühüm risk amilidir. Bu səbəbdən vaxtından əvvəl doğulan uşaqlarda tez-tez xəstəliklər baş verə bilər. Buna görə də onlar təmiz və demək olar ki, steril şəraitdə saxlanılmalı, ümumi vəziyyətləri imkan verdikcə planlı vaksinasiyaları həyata keçirilməlidir. Görmə və eşitmə ilə bağlı problemlərin vaxtında aşkar edilməsi üçün yenidoğulmuşlarda ROP (vaxtından əvvəl doğulmuşların retinopatiyası) və audioloji müayinələr aparılır. Sadalanan müayinə metodları icbari tibbi sığorta hesabına qarşılanır.

Qeyd edək ki, vaxtından əvvəl doğuşun müxtəlif səbəbləri, risk faktorları ola bilər: əvvəlki mamalıq və ya ginekoloji anamnezdən irəli gələn risk faktorları - anamnezində vaxtından əvvəl doğuş (ən yüksək risk), servikal çatışmazlıq, servikal poliplər, uşaqlıq mioması və ya ananın reproduktiv sisteminin anadangəlmə anomaliyaları (məsələn, ikibuynuzlu uşaqlıq), infeksiyalar, preeklampsiya (hamiləlik toksikozu), şəkərli diabet, anemiya, stres və zərərli vərdişlər, mövcud hamiləliklə əlaqəli

mamalıq risk faktorları - hamiləliklər arasında qısa interval, vaxtından əvvəl doğuş, dölün inkişaf qüsurları, çoxdöllü hamiləliklər, plasentanın ayrılması və s.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

184 dərmanın QİYMƏTİ dəyişdi: Apteklərdə son vəziyyət REPORTAJ

Tarif Şurasının son qərarı ilə 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi yenidən tənzimlənib. Qərara əsasən, dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi təsdiqlənib və yeni qiymətlər müəyyən edilmiş tarixlərdə qüvvəyə minəcək. Bəs bu dəyişikliklər apteklərdə və alıcıların büdcəsində necə əks olunur?

Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama - ÖZƏL

TƏBİB tabeli tibbi müəssisələrində bu gün – ayın 1-də ilk dəfə olaraq bütün tibb müəssisələrinə əməkhaqları tam şəkildə köçürülüb. Qeyd edək ki, uzun müddət idi, tibb işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı narazılıqlar var idi. Hətta müqaviləyə əsasən maaşı ayın 10-dək verilməli olanların da ödənişlərinin gecikdiyini bildirirdilər. Bununla bağlı Musavat.com-a da çox sayda şikayət daxil olub.

Hantavirus daha da yayıla bilər - ÜST-dən həyəcanverici XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür.

Milyardlıq dərmanlar işə yaramadı — Tibbdə qalmaqal

Altsheymer xəstəliyinin müalicəsində inqilab kimi qiymətləndirilən yeni nəsil dərmanlar xəstələrin real vəziyyətində gözlənilən dəyişikliyi yaratmayıb. Tibb dünyasının ən nüfuzlu təşkilatlarından biri olan "Cochrane" tərəfindən aparılan genişmiqyaslı təhlillər bu preparatların klinik baxımdan əhəmiyyətli fayda vermədiyini üzə çıxarıb.

Səhiyyə naziri əmr imzaladı

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı ilin 19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.

TƏCİLİ! TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir

Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalayıb. Sənədə əsasən, əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilir.