Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80%, gündüz 55-60% təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Aprelin 20-də Bakıda və Abşeron yarımadasında, eləcə də, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
"Söküntü prosesi paytaxtın bütün 12 rayonunun ərazisini əhatə edəcək. "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən, söküntü olan ərazilərdə yeni binaların tikilməsi, parkların salınması, yeni metro stansiyalarının və tramvay xəttinin inşası nəzərdə tutulur".
Bu gün - 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Azərbaycanda bir sıra muzey və tarixi-mədəniyyət qoruqlarında "açıq qapı" günü keçiriləcək. Belə ki, ziyarətçilər bu məkanlara ödənişsiz şəkildə baş çəkə biləcəklər.