ABŞ Ukraynada Hava Hücumundan Müdafiə Sistemi (HHMS) yerləşdirməyə hazırlaşmır. Bunu Dövlərt Departamentinin nümayəndəsi Mari Xarf ötən gün keçirdiyi brifinqdə bildirib.
O, Ukrayna hakimiyyəti nümayəndələrinin bununla bağlı söylədikləri fikir haqqında verilən suala cavabında deyib: "Nə Amerikanın, nə də NATO-nun Ukrayna ərazisində HHMS-in yerləşdirilməsi ilə bağlı heç bir planı mövcud deyil."
Onun sözlərinə görə, NATO-nun raket əleyhinə müdafiə sistemləri Rusiyaya qarşı yönəldilməyib.
Xatırladaq ki, Ukrayna ABŞ-dan ölkəsində NATO sistemlərinin yerləşdirilməsini istəyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bunun təhlükəli addım olacağını bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.