Gecələr yaranan xoruldama bəzən sadə yorğunluq deyil, orqanizmdəki iltihabi proseslərin və ya struktur dəyişikliklərinin nəticəsidir. Reabilitoloq Mariya Konovalova bildirir ki, bu problemin ən geniş yayılmış səbəblərindən biri yumşaq damağın selikli qişasının şişməsidir. Belə ödemlər allergiyadan, tənəffüs yollarındakı infeksiyalardan, siqaret çəkməkdən və ya qalxanvari vəzinin fəaliyyətinin zəifləməsindən qaynaqlana bilər.
Belə hallarda xoruldamanı kəsmək üçün ilk növbədə əsas xəstəlik müalicə olunmalıdır.
Anatomik xüsusiyyətlər də xoruldamanın yaranmasında böyük rol oynayır. Alt çənənin kiçik olması və ya burun çəpərinin əyilməsi hava axınının qarşısını kəsir. Konovalova qeyd edir ki, çənə quruluşu ilə bağlı problemlərdə xüsusi ortodontik cihazlar, burun çəpəri əyriliyində isə cərrahi müdaxilə effektiv olur. Alkoqol və bəzi sakitləşdirici dərmanlar boğaz əzələlərini həddindən artıq boşaltdığı üçün toxumaların vibrasiyasını artırır və tənəffüsü çətinləşdirir.
Yataq mühiti və başın vəziyyəti xoruldamanın şiddətinə birbaşa təsir edir. Düzgün seçilməmiş yastıq boynu təbii vəziyyətdə saxlamadıqda tənəffüs yolları qismən qapanır. Çox alçaq yastıq başın arxaya qatlanmasına, çox hündür yastıq isə boynun bükülməsinə səbəb olur. Ekspertlər orta hündürlükdə olan ortopedik yastıqlara üstünlük verməyi məsləhət görürlər.
Damaq və dil əzələlərini möhkəmləndirmək üçün ev şəraitində sadə məşqlər etmək mümkündür. Məsələn, alt çənəni irəli çıxararaq əllə müqavimət göstərmək və ya dili üst damağa sıxaraq bir neçə saniyə saxlamaq əzələ tonusunu artırır. Bu tip məşqlər yuxu zamanı tənəffüsü yüngülləşdirir. Əgər həyat tərzindəki dəyişikliklər və yastıq seçimi kömək etmirsə, mütləq ekspert müayinəsindən keçmək lazımdır.//Demokrat.az
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...