banner
banner

Səhİyyə

TƏCİLİ! TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir

TƏCİLİ! TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir

Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalayıb. Sənədə əsasən, əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilir.

Fərmana uyğun olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb. Yeni qurum icbari tibbi sığortanın tətbiqi, maliyyə vəsaitlərinin idarə olunması, tibbi xidmətlərin maliyyələşdirilməsi və əlilliyin müəyyən edilməsi kimi əsas funksiyaları özündə cəmləyəcək.

Eyni zamanda, dərman təminatı səlahiyyətləri TƏBİB-ə, reabilitasiya xidmətləri isə Sosial Xidmətlər Agentliyinə ötürülür. Yeni agentliyin idarə olunması 5 nəfərlik İdarə Heyəti tərəfindən həyata keçiriləcək və keçid dövründə mövcud qurumlar fəaliyyətini davam etdirəcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri artıq əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə həvalə olunub.

Hökumət mənbələrindən verilən məlumata görə, səhiyyə sahəsində islahatlar bununla yekunlaşmayacaq.

Belə ki, növbəti mərhələdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinə birləşdirilməsi məsələsinə baxıla bilər. Bu istiqamətdə müzakirələrin getdiyi bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl birləşdirmə ilə bağlı suala cavab verən səhiyyə naziri Teymur Musayev səhiyyə sahəsində mərhələli şəkildə islahatların aparıldığını bildirmişdi.

Qeyd edək ki, TƏBİB 2018-ci ildə Prezident fərmanı ilə yaradılıb və hazırda səhiyyə sistemində əsas icraedici qurumlardan biri kimi fəaliyyət göstərir.

Prezidentin 13 may 2022-ci il tarixində imzaladığı Fərmana əsasən, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti ölkə başçısının vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və digər 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, Agentliyin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə formalaşdırılıb.

Nəzərə alsaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq ləğv edilib, onun sədri isə səlahiyyətlərini itirib, onda TƏBİB-in Müşahidə Şurasının yenidən formalaşdırlacağı məsləsinə baxılması gündəmdə olacaq. Hətta deyildiyi kimi, TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi də gözləniləndir.\Modern.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”

Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir.

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır. Pasiyentlərin səhiyyə müəssisələrinə və ya birbaşa tibb personalına qarşı hüquqi mübarizə aparması kifayət qədər mürəkkəb, həmçinin uzunmüddətli prosedurlar zəncirini əhatə edir. Bu cür mübahisələrdə ən kritik məqam həkim səhvi ilə yaranan fəsad arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğunu tam subut etməkdir. Bu proses isə müalicə tariçəsi, analiz nəticələri, rentgen və digər tibbi sənədlərin ekspertlər tərəfindən dərindən araşdırılmasını, xüsusi rəylərin alınmasını zəruri edir. Çünki hüquqi baxımdan əsaslı sübutlar olmadan qarşı tərəfin məsuliyyətini müəyyən etmək qeyri-mümkündür.

Süni intellekt “super peyvənd” hazırladı

Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.

184 dərmanın QİYMƏTİ dəyişdi: Apteklərdə son vəziyyət REPORTAJ

Tarif Şurasının son qərarı ilə 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi yenidən tənzimlənib. Qərara əsasən, dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi təsdiqlənib və yeni qiymətlər müəyyən edilmiş tarixlərdə qüvvəyə minəcək. Bəs bu dəyişikliklər apteklərdə və alıcıların büdcəsində necə əks olunur?

Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama - ÖZƏL

TƏBİB tabeli tibbi müəssisələrində bu gün – ayın 1-də ilk dəfə olaraq bütün tibb müəssisələrinə əməkhaqları tam şəkildə köçürülüb. Qeyd edək ki, uzun müddət idi, tibb işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı narazılıqlar var idi. Hətta müqaviləyə əsasən maaşı ayın 10-dək verilməli olanların da ödənişlərinin gecikdiyini bildirirdilər. Bununla bağlı Musavat.com-a da çox sayda şikayət daxil olub.

Hantavirus daha da yayıla bilər - ÜST-dən həyəcanverici XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür.