Azərbaycanın tanınmış iş adamı, vaxtı ilə Heydər Əliyevin mühafizəçisi olan “Laba” ləqəbi ilə tanınan Mübariz Pənahovun oğlu çempion olub.
“Qafqazinfo” xəbər verir ki, Mübariz Pənahovun oğlu Kənan Pənahov stolüstü tennis üzrə Konstitutsiya günü münasibəti ilə keçirilən yarışda birinci olub. Kənan bütün rəqiblərini üstələyərək turnirin qalibi adına layiq görülüb.
Qeyd edək ki, Mübariz Pənahov 10 illik fasilədən sonra bir müddət əvvəl SOCAR-da Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. O, uzun illər Sədərək Gömrük Keçid Məntəqəsində rəis vəzifəsində çalışıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.