banner
banner

Sağlamlıq

Təzyiq problemi olanlar bu pendirdən yesin

Təzyiq problemi olanlar bu pendirdən yesin

Təzyiq problemi olan insanlar üçün qidalanma rejimi xüsusi əhəmiyyət kəsb edir. Britaniyalı dietoloq Brukvell Uayt "HuffPost" nəşrinə müsahibəsində bildirib ki, ürək-damar xəstəlikləri və yüksək təzyiqdən əziyyət çəkənlər üçün duz miqdarı az olan İsveçrə pendiri və ya azyağlı keçi pendiri daha təhlükəsiz seçimdir.

Pendir zülal, kalsium və müxtəlif vitaminlərlə zəngin olduğu üçün balanslı qidalanmanın faydalı hissəsi sayıla bilər. Ekspert qeyd edir ki, təzə keçi pendirinin tərkibində doymuş yağlar inək südündən hazırlanan pendirlərə nisbətən daha azdır. Eyni zamanda bu növ pendirlər kalsium, kalium və dəmir baxımından daha zəngindir. Bərk pendir növləri isə laktoza dözümsüzlüyü olan şəxslər üçün daha uyğundur.

Dietoloq vurğulayır ki, pendir istehlakında miqdarı gözləmək vacibdir. Çünki doymuş yağların normadan artıq qəbulu qanda "pis" xolesterinin səviyyəsini qaldırır, bu isə damarların elastikliyini azaldaraq ateroskleroz riskini artırır. Gündəlik rasionda doymuş yağların payı ümumi kalorinin 7 faizindən çox olmamalıdır.

Daha sağlam nəticə üçün pendiri kiçik porsiyalarla tərəvəzlərin yanında yemək tövsiyə olunur. Bu həm diş sağlamlığını qorumağa kömək edir, həm də orqanizmin mineral ehtiyacını ödəyir.//Demokrat.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.