banner
banner

İdman

FİFA-dan cavab gəldi: Pavel millimizdə oynaya bilər

FİFA-dan cavab gəldi:

Ukraynanın "Metallurq” (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmişdi, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.
AFFA onun müvafiq qaydalara uyğun olaraq millimizdə çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. 
Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Pavel Paşayevin FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.

Xatırladaq ki, 27 yaşlı Pavel Paşayev Ukraynada doğulsa da, atası Vaqif azərbaycanlıdır. O, 6 il əvvəl Ukrayna millisi ilə Slovakiya və Serbiya yığmalarına qarşı oynasa da, bunlar qeyri-rəsmi görüşlər olub. Pavel cari mövsüm Ukrayna çempionatında 22 oyun keçirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.