Onkoloq xərçəng hüceyrələrini məhv edə bilən 4 qidanı sadaladı
Xərçəng hüceyrələri hər gün bədənimizdə yaranır, lakin güclü immun sistemi onların böyüməsinə imkan vermir. Müdafiə mexanizmi zəiflədikdə isə xəstəlik üçün münbit şərait yaranır.
Tanınmış onkoloq Uilyam Li orqanizmin müdafiə sistemini gücləndirən dörd əsas qidanın adını açıqlayıb. Həkimin sözlərinə görə, mikroskopik xərçəng hüceyrələri daim formalaşsa da, sağlam immun sistemi tərəfindən dərhal məhv edilir. Əsas təhlükə siqaret çəkmək və ya həddindən artıq günəş altında qalmaq kimi amillər nəticəsində yaranan xroniki iltihablar zamanı ortaya çıxır.
Uilyam Li bildirib ki, bəzi məhsullar orqanizmin müdafiə gücünü artırmağa kömək edir.
"Qida birbaşa xərçəngdən qorumur. Bunu dəqiqləşdirmək istəyirəm. Qida orqanizmin xərçəng hüceyrələri və iltihabla mübarizə qabiliyyətini gücləndirməyə yardımçı olur" – deyə o qeyd edib.
Onkoloqun siyahısında soya, pomidor, alma və müxtəlif giləmeyvələr yer alır. Li izah edib ki, bu məhsulların tərkibində immun sisteminin normal fəaliyyəti üçün zəruri olan çoxlu sayda vitamin, polifenol və antioksidant var.
Yəni, sağlam qidalanmaq birbaşa dərman deyil, lakin bədənin xəstəliklərə qarşı öz qalxanını qurmasına kömək edən vacib vasitədir.//Demokrat.az
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
İsti günlərdə sərinləmək üçün restoranlarda içkilərimizə bol-bol buz əlavə edilməsini istəyirik. Lakin bəzi mütəxəssislər bunun yanlış bir davranış olduğunu bildirir. Mütəxəssislərin açıqlamalarına görə, restoranlarda buzdan imtina etmək üçün çox ciddi və məntiqli səbəblər var.
Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...